30.04.2024, 23:40
AZ EN
07.02.2023, 15:53 282

Türkün haylara ehtiyacı yoxdur

YAZILAR
  • Bu gün Ermənistan parlamentində baş prokuror Anna Vartapetyanın xahişi ilə Seyran Ohanyanın cinayət işinə başlanması üçün onun toxunulmazlığının ləğv edilməsi haqqında qətnamə layihəsinə baxılıb. Gündəmdəki birinci məsələ açıq, digər iki məsələ isə qapalı müzakirə edilib. S.Ohanyanın rəhbər olduğu "Hayastan" bloku iclası boykot etmək üçün zala gəlməyib. S.Sarkisyanın "Badiv unem" fraksiyası isə qeydiyyatdan keçsə də iclasda iştirak etməyib.

Hər iki fraksiya jurnalistlərə açıqlamalarında hakimiyyəti sərt tənqid edib.

Elə bu arada bir qrup hay parlamentin önünə gələrək narazılıq ifadə edib ki, dünən Paşinyan Türkiyədəki zəlzələ nəticəsində həlak olmuş türklərə görə başsağlığı verib və Ermənistanın Türkiyəyə yardım etməyə hazır olduğunu bildirib. "Arsax" da hayların əziyyət çəkdiyi bir vaxtda Paşinyanın türklərə yardım etmək fikrində olmasını haylara xəyanət hesab edən bütün haylar və farsbaşlar bilməlidirlər ki, türkün onlara heç vaxt ehtiyacı olmayıb, olmayacaq da!

Nəsib

Oxşar xəbərlər