09.06.2025, 16:39
AZ EN
16.06.2023, 13:28 393

Separatçılar başlarına qapaz istəyirlər

YAZILAR

Cəzasız qaldıqca daha da quduzlaşan separatçılar yeni hoqqalar yaratmaq barədə fikirləşirlər. Özünü separatçı rejimin sabiq xarici işlər naziri kimi təqdim edən Arman Melikyan " Hraparak"ın müxbiri Hayka Aloyanın sualına cavabda belə bir sərsəm ifadə işlədib ki ,2020- ci il noyabrın 9- da atəşkəs elan olunub, müharibə isə dayandırılmayıb.

"Ermənistan özü tərəfdən şərtlərə əməl etsə də, Azərbaycan əməl etməyib və əməl etməyə hazırlaşmır da",- deyə o, müharibənin istənilən anda başlayacağını bildirir. Bölgədəki reallığı deyil, erməni illüziyalarını gerçəklik kimi "şərh" edən bu separatçının ABŞ konqresmenləri tərəfindən Azərbaycan əlehinə yeni qərar qəbul ediləcəyi kimi daxili auditoriyaya hesablanmış "açıqlamaları" da ilk baxışda xəstə təxəyyül məhsuludur və açıq-aşkar görünür ki, onlar öz başlarına dəmir yumruq olmasa da qapaz istəyirlər.

Nəsib

Oxşar xəbərlər