19.04.2024, 17:17
AZ EN
12.01.2023, 15:17 182

Səfilyan katalikosu Putinə yaltaqlıqda suçlayır

YAZILAR

Hayların mediasına istinadən noyabr ayının sonlarında yazmışdıq ki, RF prezidenti V.Putinin sərəncamına əsasən bütün ermənilərin katalikosu Qaregin B iki ölkə arasındakı mənəvi dəyərlərin dərinləşməsində xidmətlərinə görə "Şərəf nişanı"ordeninə layiq görülüb. Erməni KİV-nin  dünən və bu gün yaydığı xəbərlər və videoçarxlarda göstərilir ki, yanvarın 11-də  Eçmiədzində bununla bağlı xüsusi tədbir keçirilib və Rusiyanın İrəvandakı səfiri sözügedən ordeni sahibinə  təqdim edərək ona uğurlar arzulayıb. Qaregin isə öz çıxışında Putinə minnətdar olduğunu bildirib və milli mentalitetinə uyğun olaraq Azərbaycanın ünvanına əsassız fikirlər söylədikdən sonra əlavə edib ki, əgər Putin müdaxilə edib Qarabağ müharibəsini dayandırmasa idi, ermənilərin itkisi daha çox olardı. Rusiya ilə dostluğa kölgə salmaq istəyənlərə irad bildirən katalikosun cavabını isə məhz həmin gün öncə Azadlıq meydanında, sonra isə Rusiyanın səfirliyi önündə etiraz aksiyası keçirən anti-rus radikal "Qütb" təşkilatının rəhbərlərindən olan Jirayr Səfilyan verib. O rusları "ağ türk" adlandıraraq onların ermənilərin xilaskarı deyil, düşməni olduqlarını, katalikosun təşəkkürünün ermənilər üçün heç bir mahiyyət daşımadığını, bunun sadəcə yaltaqlıq nümunəsi olduğunu vurğulayıb.

Nəsib

Oxşar xəbərlər