27.10.2025, 16:04
AZ EN
02.10.2025, 20:48 225

Paşinyandan Rusiyanı “qəzəbləndirən” addım     

YAZILAR
  • “2022-ci ildə biz anlayanda ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bizim qarşımızda öhdəliklərini yerinə yetirməyib, yerinə yetirmir və yerinə yetirməyəcək, o an biz müstəqil olduq. Çünki başa düşdük ki, yalnız özümüzə arxalana bilərik”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə “Hökumət saatı” zamanı deyib. O, bildirib ki,  Təşkilata üzv ölkələrin Ermənistan qarşısında  öhdəliklərini yerinə yetirməməsi ölkənin bu üzvlükdən azad olunmasını şərtləndirib.

Son dövrlər Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq məsələsini gündəmə gətirməsi Təşkilatın öhdəliklərini yerinə yetirməməsi ilə bağlıdır. Ermənistanın Baş naziri Nikol Paşinyanın sözlərinə görə, hərbi ittifaq Ermənistanı müdafiə etməyib və bu qurum təhlükəsizlik zəmanəti verməkdə aciz qalıb.  Ekspertlər hesab edirlər ki, bu qərar İrəvanın öz təhlükəsizlik strategiyasını yenidən formalaşdırmaq cəhdidir.

Analitiklər bildirirlər ki, Ermənistan KTMT-dən çıxmaqla Rusiyanın hərbi-siyasi dəstəyini tam itirə və  təhlükəsizlik sahəsində daha böyük risklərlə üzləşə bilər. Ölkənin sərhədlərində gərginliyin artması fonunda alternativ gövənc axtarışı vaxt alacaq.

“Əsas dominant qüvvəsi və ideya müəllifi Rusiyadır. Rusiya ilə gərgin münasibətlər fonunda, əlbəttə, həm Rusiya ilə çoxtərəfli əməkdaşlığı da Ermənistan istisna edir”.

Bu sözləri ARB24-ə açıqlamasında məsələyə münasibət bildirərkən politoloq İlyas Hüseynov deyib.

Politoloqun hesab edir ki, qarşıdakı dövrdə bu təşkilatdan çıxmaq haqqında qəti və ardıcıl qərarlar verilə bilər:“Lakin bu, Rusiya-Ermənistan münasibətlərinin daha da gərginləşməsinə səbəb olacaq və artıq Ermənistanın KTMT-dəki siyasi mövqeyi neqativ qarşılanır”.

Çətinliklərə baxmayaraq, Ermənistan KTMT-dən çıxmaqla,  özünü daha azad siyasi mövqeyə gətirə, Qərblə, xüsusilə Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq imkanlarını artıra bilər. Bu, İrəvana yeni təhlükəsizlik və iqtisadi dəstək kanalları aça, regionda daha çevik manevr imkanı verə bilər.

Tahirə AĞAMİRZƏ

 

Oxşar xəbərlər