29.03.2024, 15:18
AZ EN
13.01.2023, 11:25 181

Bacı bacıya dərs keçməyə gəlib

YAZILAR
  • Erməni mətbuatının yanvarın 13-də yaydığı xəbərlərin əksəriyyəti yenə də Azərbaycana həsr olunub və onların heç biri həqiqəti əks etdirməsə də hayların qorxu və təlaş içində olduqlarını növbəti dəfə açıqlayır.

Amma bəzi hayların gələcəyə inamı hələ də köhnə ampulada qalmaqda davam edir. Buna stimul verən isə Fransadan vəzifəli bacılarının gəlişidir. Belə ki, yanvarın 12-də axşam hay parlamentinin sədri Alen Simonyanın dəvəti ilə Fransa milli assambleyasının sədri Yael Bron Livenin rəhbərlik etdiyi nümayəndə heyəti İrəvana rəsmi səfərə gəlib. Onları A.Simonyan qarşılayıb.

Fransalılar yanvarın 13-də səhər tezdən, el təbirincə desək, it tayadan düşməmiş qondarma "1915-ci il soyqırımı abidə kompleksinə" gələrək oraya üstü fransızca yazılmış əklil qoyublar.

Fransa-Hayastan bacılığının daha da  möhkəmlənməsinə xidmət edən bu səfər proqramında N.Paşinyanla da geniş tərkibdə və təkbətək görüş nəzərdə tutulur.

Hay jurnalistlər yazırlar ki, danışıqlarda əsas mövzu Qarabağdakı haylarla bağlıdır.

Nəsib QARAMANLI

Oxşar xəbərlər