20.04.2025, 02:15
AZ EN
30.11.2022, 13:00 390

İran erməniləri yenə sevindirdi

YAZILAR

«Hraparak» informasiya agentliyinin noyabrın 30-da yaydığı xəbərlər sırasında İranla münasibətlər və qarşılıqlı əməkdaşlıq barədə bir neçə yazı dərc olunub. Qeyd olunur ki, İran parlamentinin təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Vahid Cəlalzadə parlamentin son iclasında Azərbaycanın ünvanına təhqiredici fikirlər səsləndirib. O, guya Azərbaycanda sionizmin baş alıb getdiyini və bu işdə Amerikanın fəallıq göstərdiyini xüsusi ifadələrlə bildirib. Ölkədəki etiraz aksiyalarının hələ də davam etməsində Azərbaycanı, Türkiyəni, ABŞ-ı, İsraili və bir neçə ərəb dövlətini günahlandıran komissiya sədri həyasızcasına vurğulayıb ki, gün gələcək Azərbaycan da İranın tərkibinə qatılacaqdır. Onun bu sayıqlamaları erməni politoloqlarının sevincinə səbəb olub. Ermənilər həm Vahid Cəlalzadənin, həm də digər deputat Yaqub Rizazadənin peşəkar siyasətçi olduqlarını vurğulamaqla isə özlərinin də seperatçı və beynəlxalq qanunlardan xəbərsiz olduqlarını nümayiş etdiriblər. 

Nəsib QARAMANLI

Oxşar xəbərlər