21.11.2024, 16:22
AZ EN
21.10.2024, 13:39 250

Simonyan Rusiyanın adını çəkməkdən qorxub

YAZILAR
  • Ermənistan parlamentinin sədri Alen Simonyanın “Azərbaycan BMT-nin qətnamələri əsasında Qarabağda əməliyyat keçirib və dünya bu müharibəyə bizim istədiyimiz kimi reaksiya vermədi” cümləsini işlətdiyi müsahibədə Rusiyaya da atmacalar atıb. Onun bu atmacaları eyni dərəcədə diqqəti çəkir.

"Vətən səsi" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu erməni spiker Alen Simonyanın "Azərbaycan Qarabağda əməliyyatı BMT qətnamələri əsasında həyata keçirib" bəyanatını şərh edərəkən bildirib. O, deyib ki, erməni spiker "Ermənistana və Azərbaycana düşmən olan ölkələr sülh danışıqlarının dalana dirənməsini istəyirlər" söyləməklə məhz Rusiyanın mövqeyindən şikayətlənib: "Aydındır ki, Simonyan bunu deyərkən, nə ABŞ, nə Fransa, nə də ki, İranı nəzərdə tutub. Ermənistanın bu 3 ölkə ilə sıx tərəfdaşlıq münasibətləri var. Ermənistan parlamentinin sədri Rusiyaya eyham vurub".

Politoloq onu da əlavə edib ki, Simonyanın 3+3 platformasıyla bağlı səsləndirdiyi fikirdə də Rusiyaya eyham var. Onun fikrincə, Simonyan “Mən, açıq desəm, nə üçün mövcud olmuş və ya mövcud olandan başqa başqa formata ehtiyacımız olduğunu başa düşmürəm” söyləməklə demək istəyib ki, Rusiyanın iştirak etdiyi format Ermənistanın maraqlarına cavab vermir.

"Buna baxmayaraq, İrəvan istəsə belə, Tbilisi kimi bu formatdan imtina etməyəcək. Çünki, bu İrəvanın açıq-aşkar qonşu dövlətlər olan Rusiya, Türkiyə və İranın Cənubi Qafqazda təhlükəsizlik sistemində yer almasının əleyhinə mövqe kimi qiymətləndiriləcək. İrəvan belə riskə getməyəcək", - deyə politoloq əlavə edib.

Elxan SALAHOV

Oxşar xəbərlər