01.08.2025, 07:45
AZ EN
26.12.2024, 11:50 348

Sabiq prezident öz yeritməsindən narazıdır

YAZILAR
  • "Hraparak"ın müxbiri Ruzanna Harutyunyan separatçı "Qarabağ" komitəsinin rəhbərlərindən biri, Ermənistanın ilk və devrilmiş prezidenti Levon Ter-Petrosyanın yetişdirdiyi baş nazir Nikol Paşinyanın sabiq dövlət başçılarını onlayn debata dəvət etməsindən sonra gündəmdən düşməyən mövzuya həsr etdiyi məqaləsində bəzi məqamları açıqlayıb.

O, Levon Ter-Petrosyanın baş nazirə ünvanladığı yazılı ismarıclara istinadən vurğulayıb ki, tarixi həqiqəti təkzib etməyə çalışan indiki hakimiyyətinin məqsədi özünün hərbi məğlubiyyəti ilə yanaşı siyasi səriştəsizliyini də ört-basdır etməkdir. Əlavə olunub ki, Petrosyanın Nikol Paşinyana “cənab baş nazir” deyil, Nikol deyə müraciət etməsi də təbiidir. Nikol Paşinyanı mətbuata da, siyasətə də məhz Levon Ter- Petrosyanın gətirdiyini, ona daim maddi və mənəvi dəstək verdiyini xatırladan Ruzanna əlavə edib ki, sabiq prezidentin "Dağlıq Qarabağ" münaqişəsinin çözülməsi ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun məlumatlarının Ermənistan mətbuatında müntəzəm olaraq yayılmasının təkcə siyasi arenadakılara deyil, cəmiyyətə də məlum olduğunu bildirib.

Müxbir Levon Ter-Petrosyanın "biz Qağlıq Qarabağ ermənilərinə təklif edilən muxtariyyat təklifi ilə razılaşmasaq, illər sonra bunun üçün özümüz yalvarmalı olacağıq, Azərbaycan isə imtina edəcək" tarixi xitabını da xatırladaraq Nikol Paşinyanın 2019-cu ilin avqustunda "arsax hayastandır və nöqtə", müdafiə naziri Davud  Tonoyanın isə "yeni ərazilər uğrunda yeni müharibə" sözlərini də diqqətə çatdırıb və bunun siyasi meyarlar baxımından çox təhlükəli olduğunu sabiq prezidentin hələ 1997-ci ildə vurğuladığını açıqlayıb. Ermənistanda reallığı dərk edənlərin qınandığını da yada salan Levon Ter-Petrosyan Nikol Paşinyanın "oxuduğu möcüzələrin"də yanlışlığını qeyd edib deyən jurnalist sabiq prezidentin baş nazirə ünvanladığı sözləri dərsini bilməyən şuluq şagirdə müəlliminin verdiyi nəsihətlə eyniləşdirib. Bəs, Nikolun reallığı qəbul edib Azərbaycanın tələblərini yerinə yetirməyə iradəsi çatacaqmı?

Nəsib Qaramanlı

Oxşar xəbərlər