20.06.2025, 14:59
AZ EN
20.06.2025, 10:16 239

Türkiyə və Azərbaycan arasındakı sarsılmaz müttəfiqliyin daha bir təcəssümü

YAZILAR
  • “Dünyada gedən siyasi proseslər, gərgin  vəziyyət, müharibələr, münaqişlər, dağıntılar fonunda Azərbaycan və Türkiyə qardaşlığının, müttəfiqliyinin  daha yeni bir mərhələdə, daha yeni bir  formada özünü etiva etməsinin  şahidiyik.

Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılışı iki qardaş ölkə-Türkiyə və Azərbaycan arasındakı sarsılmaz müttəfiqliyin daha biur təcəssümüdür”.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

Millət vəkili qeyd edib ki, bunun humanitar tərəfi, iqtisadi, siyasi tərəfi ilə yanaşı, mən bunun çox  güclü emosional və semantik dəyərindən danışmaq istəyirəm: “Bir neçə il bundan əvvəl Türkiyənin Kahramanmaraş şəhərində böyük fəlakət baş vermişdi. Qahramanmaraş şəhəri demək olar ki, zəlzələ nəticəsində yer üzündən silinmişdi. Təbii ki, dünyada çox ölkələr təbii fəlakətlə üzləşən ölkələrə kömək edirlər, humanitar yardım göndərirlər. Ancaq Azərbaycanın qardaş Türkiyəyə etdiyi bu dəstək Kahramanmaraş şəhərinin yenidən qurulması, burada “Azərbaycan” məhəlləsinin tikilməsi və bu günlərdə onun  insanların istifadəsinə verilməsini, həqiqətən də,  bir rəmzi,  emosional və semantik aspektlərlə dəyərləndirirəm”.

Deputat əlavə edib ki,  Qarabağı, Xankəndini təmsil edən  millət vəkili kimi bu bizim  də başımıza gəlmiş bir hadisədir: “Düzdür, bizim yaşadığımız təbii fəlakət yox, bu Ermənistanın təcavüzü idi. 30 il ərzində tropaqlarımız darmadağın olmuşdu, biz özümüz yenidən işğaldan azad olunmuş ərazilərə 2020-ci ildən sonra gedəndə eyni  şəkillərlə, eyni stiuasiya ilə  üzləşirdik. Torpaqlarımız, şəhərlimiz, kənd və qəsəbələrimiz darmadağın olduşdu. Azərbaycan burada  həm öz torpaqlarımızı- şəhərlərimizi, kəndlərimizi bərpa edir, yenidən qurur. Eyni zamanda yaxın müttəfiqimiz olan qardaş Türkiyəyə də kömək edirik. Həqiqətən də, biz nə qədər humanist, nə qədər yaradıcı fəlakətlərlə üzləşmiş qardaşlarımızın yanındayıq. Eyni zamanda, çox maraqlıdır ki, Kahramanmaraş şəhərinin özü axı, bu fəlakətdən öncədə ağır tarixi var. Birinci Dünya müharibəsi zamanı Osmanalı imperiyasının çöküşündən sonra “Says-Piko”, “Sevr” müqavilələri imzalandıqdan sonra elə Kahramanmaraşda baş verən hadisələr, çar Rusiyasının  dəstəyi ilə orada erməni daşnak terrorçularının törətdiyi hadisələr Kahramanmaraş şəhərinin adı elə ona gərə də qəhrəmandır. Çünki bunlar dəfələrlə bu fəlakətlərdən üzüağ çıxıblar, qəhrəmanlıq göstəriblər. Ona görə də, Maraş şəhəri Kahramanmaraş adıyla adlandırılmışdır.

Bu gün həqiqətən də Kahramanmaraş şəhərində yeni bir qəhrəman salnaməsinin Azərbaycanın dəstəyi, köməkliyi  ilə qardaş Türkiyədə yeni bir tarixi salnamənin yazıldığının şahidiyik. Bu, dünayaya da bir mesajdır ki, həqiqətən, istər həm şimalımızda, həm cənubda, Yaxın Şərqdə gedən münaqişlər, dağıntılar kontekstində bizim Türkiyə ilə etdiklərimiz necə gözəl bir nümunədir dünyaya. Bu Qafqazlar, Türkiyə, Xəzər dənizi, Qara dəniz hövzəsi regionu məhz Azərbaycan-Türkiyə qardaşlığı nəticəsində dünyanı bəlkə də yeganə, stabil, təhlükəsiz məkanına çevirmişdir. Ona görə də bunu dünya qiymətləndirməli, elə qədrimizi də bilməlidirlər ki, belə bir çətin vəziyyətdə biz nə edirik”.

Tahirə AĞAMİRZƏ  

Oxşar xəbərlər