01.11.2024, 05:00
AZ EN
10.01.2024, 12:18 332

Yunanıstanın baş diplomatı İrəvandadır

YAZILAR
  • Erməni kütləvi informasiya vasitələri xəbər verir ki, yanvarın 10-da Yunanıstanın xarici işlər naziri Horğos Qerapetrudis Ermənistana rəsmi səfərə gəlib. O, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüşdükdən sonra birgə mətbuat konfransı keçirilib.

Ararat Mirzoyan deyib ki, erməni və yunan xalqlarının dostluğu qədimdir. 30 il əvvəl isə iki dövlət arasında diplomatik əlaqə qurulub.Tərəflər bütün məsələdə bir-birini dəstəkləyib və əməkdaşlıq bundan sonra da inkişaf etdiriləcək. Yunanıstanın xarici işlər naziri isə fəxrlə bildirib ki, Ermənistanın Avropa İttifaqı ilə münasibətlərinin qurulmasında və inkişafında Yunanıstanın böyük rolu olub və bu, bəzi ölkələri narahat etməkdədir.

Xatırladaq ki, 1-ci dünya savaşında Türkiyədə yaşayan ermənilər və yunanlar Antantaya cəsusluq edərək Osmanlı imperiyasının çökməsindən fəallıq göstərdikləri ilə daim fəxr edir və həmişə Türkiyənin əleyhinə çıxış edirlər. Amma atalar məsəlində deyildiyi kimi, it hürər, karvan keçər.

N.Qaramanlı

Oxşar xəbərlər