O, dövlət başçısının çıxışındakı ayrı-ayrı məqamlara diqqət çəkib:
"Dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Buna nail olmaq üçün təbii ki, kompleks tədbirlər görülür. Vətən çəkişmələrə sərf etmə sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır".
R.Əhmədov daha sonra qeyd edib ki, göründüyü kimi, dövlətimiz gücləndikcə, Ordumuzun qüdrəti də artır: "Cənab Prezidentin çıxışını Ali Baş Komandanın öz əsgərləri ilə açıq söhbəti kimi də qiymətləndirə bilərik. Dövlət başçısı bununla onu şəxsi heyətə çatdırdı ki, ayıq-sayıqlığımızı itirməməli və hər an əlimiz tətikdə olmalıdır.
Belə bir şəraitdə isə vətəndaş olaraq hər birimiz dövlətimizin yanında dayanmalı, dünya üçün nümunəvi birliyimizin sarsılmasına imkan verməməliyik".
TAİB təsisçisi hesab edir ki, qarşıdakı mərhələ bizdən daha məsuliyyətli və daha diqqətli olmadığı tələb edir: "Hədəflərimizdən, Prezidentimizin yürütdüyü müstəqil siyasətdən narahat olan qüvvələr var. Bizi yolumuzdan yayındırmağa çalışırlar. İstədikləri odur ki, enerjimizi daxili çəkişmələrə yönəldək və bununla da gündəliyimizdə olan əsas məsələlər arxa plana keçsin. Bu niyyətdə olanların bütün cəhdlərini boşa çıxarmalıyıq.
Cənab Prezidentin çıxışından aydın olur ki, Dövlətimiz yüksək amallar uğrunda mübarizə aparır. Bununla qürur duymalıyıq", - deyə R.Əhmədov vurğuıayıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ