23.02.2026, 18:32
AZ EN
23.02.2026, 16:54 31

Azərbaycan dövləti bundan sonra da qlobal sülh gündəliyinə fəal töhfə verməyə hazırdır

YAZILAR
  • Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton şəhərində Sülh Şurasının ilk iclasında iştirakı ölkəmizə və onun Liderinə verilən yüksək qiymətin bariz nümunəsidir. ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Prezident İlham Əliyevin qlobal sülh prosesində iştirakı, həmçinin tarixi hadisə kimi dəyərləndirilir.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan siyasət yürüdür, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətin dayanıqlı sülhün təməl prinsipi olduğunu bəyan edir. Müasir dünyada qarşılıqlı etimadın möhkəmləndirilməsi, dialoq mühitinin genişləndirilməsi və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.

“Sülh Şurasının ilk iclası müxtəlif ölkələrin dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatların rəhbərlərini, diplomatik korpus nümayəndələrini və ekspertləri bir araya gətirərək, müasir dövrdə təhlükəsizlik çağırışları, regional münaqişələrin həlli yolları və davamlı sülhün təmin olunması istiqamətində birgə fəaliyyət mexanizmlərinin müzakirəsi üçün mühüm platforma rolunu oynayır.

Qeyd etmək lazımdır ki, dövlətimizin başçısı da iclas çərçivəsində bir sıra yüksəksəviyyəli görüşlər keçirdi. Burada ikitərəfli münasibətlərin cari vəziyyəti və perspektivləri, enerji təhlükəsizliyi, regional layihələr və qlobal çağırışlara qarşı birgə mübarizə məsələləri müzakirə olundu. Bildirildi ki, Azərbaycan beynəlxalq tərəfdaşları ilə qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığa xüsusi önəm verir. Təbii ki, bu təşəbbüslərin uğurlu olması üçün inklüziv yanaşma, ədalət prinsipi və beynəlxalq hüquqa sadiqlik əsas şərtlərdəndir. Bu mənada Azərbaycan dövləti bundan sonra da qlobal sülh gündəliyinə fəal töhfə verməyə hazırdır”, - deyə deputat vurğulayıb.

Məlahət İbrahimqızı diqqətə çatdırıb ki, ümumilikdə Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında Azərbaycan Prezidentinin iştirakı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun və etibarlı tərəfdaş kimi mövqeyinin daha bir göstəricisidir. Bu iştirak Azərbaycanın sülhə, təhlükəsizliyə və əməkdaşlığa əsaslanan xarici siyasət kursunun ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyini bir daha nümayiş etdirdi. (AZƏRTAC)

Oxşar xəbərlər