15.01.2026, 00:17
AZ EN
14.01.2026, 09:59 127

Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda genişmiqyaslı quruculuq işləri aparılır

YAZILAR
  • Dünyada artan qeyri-sabitlik, müharibələr, təbii fəlakətlər və sosial bərabərsizliyin fonunda Azərbaycan sabitliyin və inkişafın nümunəsi kimi fərqlənir. Dünyanın müxtəlif nöqtələrində qan və göz yaşı hökm sürərkən, ölkəmizdə əmin-amanlıq, birlik və tərəqqi mövcuddur. 30 il işğal altında qalmış Qarabağ və Şərqi Zəngəzur bölgələri artıq azad edilib və burada böyük quruculuq prosesləri gedir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda görülən bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Prezidentin işğaldan azad olunmuş ərazilərə ardıcıl səfərləri bu bölgələrin inkişafına verilən yüksək diqqətin göstəricisidir.

Deputat qeyd edib ki, Ağdərə də daxil olmaqla bütün azad edilmiş rayonlarda yeni infrastruktur qurulur, müəssisələr açılır, yaşayış evləri tikilir və ailələr doğma yurdlarına qayıdırlar. Bu, dövlətin və cənab Prezidentin vətəndaşa olan qayğısının, həmçinin Azərbaycanın artan iqtisadi və siyasi gücünün bariz nümunəsidir.

Bütün bu proseslər göstərir ki, Azərbaycan yalnız öz ərazi bütövlüyünü bərpa etməklə kifayətlənməyib, həm də regionun yenidən dirçəlməsi və inkişafı istiqamətində mühüm addımlar atır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR