Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, Qarabağ və Şərqi Zəngəzur ərazicə BMT-yə üzv olan 70 dövlətdən daha böyük torpaqları əhatə edir. Bu, həm mina təmizlənməsi sahəsində, həm də təhlükəsiz həyatın bərpası baxımından böyük miqyaslı fəaliyyətin tələb olunduğunu göstərir.
Deputat qeyd edib ki, beynəlxalq təşkilatların bu məsələyə daha həssas yanaşması, təkcə bəyanatlarla kifayətlənməyərək, real və praktik dəstək göstərməsi vacibdir. Bu həm Azərbaycana verilən siyasi və humanitar dəstəyin göstəricisi, həm də beynəlxalq ictimaiyyətin bu təhlükəli prosesə məsuliyyətli yanaşmasının nümunəsi ola bilər.
Azərbaycan dövləti mina təmizləmə sahəsində ciddi işlər görsə də, ərazilərin böyüklüyü və təhlükənin genişliyi nəzərə alınaraq, beynəlxalq tərəfdaşların dəstəyi əvəzolunmazdır.
Tahirə AĞAMİRZƏ