15.01.2026, 02:10
AZ EN
08.01.2026, 11:49 216

Azərbaycanın Qızıl Ehtiyatları Artır: Strateji Sərmayə Yanaşması uğur gətirir

YAZILAR
  • Prezident İlham Əliyevin 2026-cı il yanvarın 6-da yerli televiziya kanallarına verdiyi ənənəvi müsahibəsi bir sıra mühüm iqtisadi və strateji məqamlarla yadda qaldı. Dövlət başçısı çıxışında ötən il ərzində qızıl ehtiyatlarının artırılması ilə bağlı strateji qərarın qəbul olunduğunu vurğuladı. Bu, Azərbaycanın iqtisadi sabitliyi və maliyyə təhlükəsizliyinin gücləndirilməsi baxımından önəmli addım kimi qiymətləndirilir.

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib ki, Dövlət Neft Fondunun investisiya siyasətinin şaxələndirilməsi bu nəticədə mühüm rol oynayıb. Son illər ərzində Neft Fondu tərəfindən qızıl investisiyalarına ciddi diqqət yetirilib və nəticədə fondun qızıl portfeli 185 tona çatıb. Hazırda fondun ümumi investisiya portfelinin 68 faizi ABŞ dolları ilə formalaşsa da, bu portfelin 32,8 faizini məhz qızıl təşkil edir.

Deputat qeyd edib ki, Azərbaycan qızıl ehtiyatlarını ən sürətlə artıran ölkələrdən biridir. Bu artım qlobal bazarlarda qızılın qiymətinin yüksəlməsi ilə də üst-üstə düşür. Son bir il ərzində qızılın qiyməti 1.7 dəfə artıb, yalnız son 1 ayda isə 35 faiz bahalaşıb. Hazırda qızılın 1 qramı 144 dollar dəyərindədir.

“Trade Economics” təşkilatının məlumatına əsasən, Azərbaycan hazırda qızıl ehtiyatlarının həcminə görə dünyada ilk 25-likdə yer alır. Bu isə ölkəmizin çevik və ağıllı sərmayə siyasətinin göstəricisidir.

Deputatın sözlərinə görə, bu siyasət təkcə valyuta ehtiyatlarını artırmaqla kifayətlənmir, həm də iqtisadiyyatın dayanıqlığını və dövlət xərclərinin davamlı təminatını gücləndirir. Bu baxımdan, qızıl sərmayələri Azərbaycanın uzunmüddətli iqtisadi sabitliyi üçün strateji alətə çevrilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR