“Hraparak” media şirkətlər qrupunun 27 oktyabr tarixli yayımladığı xəbərlərdən biri “Bu yekun görüş olmayacaq” başlığı ilə verilib və burada göstərilib ki, oktyabrın 31-də Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçtərəfli görüşü olacaqdır. Media qrupu öz ənənəsinə uyğun olaraq bildirir ki, etibarlı mənbənin məlumatına görə, Paşinyan öz yaxın ətrafına belə deyib: “hətta Ermənistanda hakimiyyət dəyişikliyi olsa da belə “sülh müqaviləsi”nin rus variantına imza atmayacaq”. Paşinyan həmçinin vurğulayıb ki, o, xalqla hakimiyyətin birlyinə əmindir və nə özü, nə də xalq Rusiya Federasiyasının hədələrindən qorxmur. Rusiyanın ünvanına tənqidi fikirlər söyləyən Paşinyan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında Qərbin təkilif etdiyi variantın Ermənistan üçün əlverişli olduğunu diqqətə çatdırıb. Amma “Azərbaycan Prezidenti bu variantla razı deyil və gərginliyi saxlamaqla “baxçalı dəhlizə” nail olmaq istəyir. Qərbin təklif etdiyi variantla bağlı mübahisələrin kökündə də məhz bu dayanır”,- deyə Paşinyan Putinin təklif etdiyi variantdan necə imtina etməyin yolunu da bildiyini vurğulayıb.
Dəfələrlə xatırlatdığımız kimi, “Hraparak” şirkətlər qrupunun rəhbəri Ermənistan palamentinin sədri Alen Simonyanın qaynanası, tanınmış jurnalist Armine Ohanyandır və bu qrupa daxil olan informasiya vasitələrində tez-tez “etibarlı mənbədən əldə etdiyimiz xəbərə görə” sözlərinin işlədilməsi belə düşünməyə əsas verir ki, həmin etibarlı mənbə məhz parlamentin sədridir. Axı, A.Simonyan da, digər yüksək vəzifəli şəxslər də məhz N.Paşinyanın komandasına daxil olan və onun yaxın ətrafını təşkil edən Qərbyönümlü şəxslərdir. O ki, qaldı Paşinyanın Rusiyadan guya qorxmaması barədə söylədiyi gfikirlərə, bir atalar məsəli yada düşür: yaxşılığa yamanlıq nakişi işidir. Məhz Putinin səyi ilə tam məhv olmaqdan xilas olan erməni ordusu və Qarabağdakı separatçıların indi belə düşünmələri bir çox tarixi gerçəklikləri də yada salır. Vaxtilə həm Türkiyə, həm də Azərbaycan ermənilər üçün heç bir xalqın etmədiyi xeyirxahlıqları edib, əvəzində isə yamanlıq, xəyanət, soyqırımları, dağıntılar və s. faciələr görüb. Rusiyaya qarşı çıxan ermənilərin özlərinin də aqibəti yaxşı məlumdur. Bunun ən bariz nümunəsi ermənilərin ideoloq hesab etdikləri şovinst, anti-türk Qaregin Nijdedir. O ki, qaldı Paşinyanın Rusiyadan qorxmaması barədə loğvalıqla dediyi sözlərə o, Rusiyadan qorxmaq bir yana, onun əlaltısı olmağa vərdişlidir. Başqasının əlində alət olmaq isə yenidən xatırladaq ki, ermənilərin milli mentalitetində ön sırada durur. Onların sülh sazişi, sülh müqaviləsi ifadələrini həmişə dırnaqda yazmaları da məhz həmin xislətdən irəli gəlir.
Nəsib QARAMANLI