“Ermənistan və Azərbaycan arasında davamlı sülh: Vaşinqton Sazişi və ortaq gələcək” mövzusunda baş tutacaq bu görüş regionda uzunmüddətli sülhün təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Siyasi şərhçi Turan Rzayev hesab edir ki, bu görüş sakit və konstruktiv atmosferdə keçəcək. Onun fikrincə, tərəflər artıq praktik məqamların üzərində fokuslanmağa başlayıblar və bu, sülh nizamlanmasına bir addım da yaxınlaşmağı təmin edə bilər. Delimitasiya və demarkasiya, Zəngəzur dəhlizi (TIPM), Ermənistan Konstitusiyasında dəyişikliklər, sülh sazişinin imzalanma formatı və gələcək əməkdaşlıq yolları əsas müzakirə mövzuları olacaq.
Ekspert qeyd edir ki, görüş həm də Bakı üçün İrəvanın real mövqeyini öyrənmək baxımından vacibdir. Sülh sazişinin imzalanma prosesi ilə bağlı texniki və siyasi detalların aydınlaşdırılması qarşıdakı mərhələlərin əsasını təşkil edə bilər.
Tahirə AĞAMİRZƏ