10.06.2025, 00:44
AZ EN
28.02.2025, 10:32 272

Hay deputat başqasının köləsi olduqlarını etiraf edib

YAZILAR
  • Bu yaxınlarda hay mətbuatı xəbər yaymışdı ki, baş nazir Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" partiyasının 2 saatdan çox davam edən qapalı iclası olub. İclasda hansı məsələnin müzakirə olunduğu barədə məlumat verilməsə də Nikol öz FB səhifəsində yazıb ki, real Hayastan ideologiyası müzakirə edildi. Dünənsə o, vətandaşları real Hayastan ideologiyasının müzakirəsində fəal iştirak etməyə çağırıb.

Bu barədə "Hraparak"ın müxbiri Lusine Şahverdiyan hakim partiyanın deputatı Qaqiq Melkonyanla müsahibəsi zamanı xəbər tutub və bu gün paylaşdığı "İndi Qərbi Hayastan dövləti varmı, belə dövlət olubmu" başlıqlı həmin müsahibədə maraqlı fikirlər mövcuddur. Deputat deyib ki, erməni dövləti 1918-ci il mayın 28-də yaradılıb, hazırda onun ərazisi 29 min 743 kv.kmdir və real Hayastan dövləti isə məhz bura, yəni hayların yaşadıqları yerdir. Deputat əlavə edib ki, tarixdə Qərbi Hayastan dövləti olmayıb, bu fikri ortaya başqaları atıblar. Məqsəd isə kölə etdikləri haylardan məhz öz mənafeləri üçün istifadə etməkdir. Müxbirin hayları kimin müti etdiyi barədə sualını isə cavablandırarkən Rusiyanın adını vurğulayaraq hay konstitusiyasında Türkiyə və Azərbaycana qarşı ərazi iddialarının da müəllifinin məhz Rusiya olduğunu vurğulayıb.

Əlavə edilib ki, Nikol Paşinyan konstitusiyada dəyişiklik edilməsi üçün layihə komissiyasını yaratmaqla həm də real Hayastanın gələcəyini düşünür, Türkiyə və Azərbaycanla gələcəkdə imzalanacaq sənədlər də məhz bunu tələb edir. Müxbirin təxribat dolu suallarına məhz real siyasi vəziyyətə uyğun cavab verməyə çalışan deputatın dediyinə görə, təkcə konstitusiyanın deyil, həm də dövlət himninin dəyişdirilməsi  öncə real Hayastanın özünə və vətəndaşlarına faydalı olacaq və hayları buna qarşı çıxan müxalifətin təxribatına uymamağa çağırıb. Bəs, haylar bunu qəbul edəcəkmi?

Nəsib Qaramanlı

Oxşar xəbərlər