Bu günıərdə Ağdərədə və Goranboyda mülki şəxslərin minaya düşməsi də bu terrorizmin növbəti sübutudur.
44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edilsə də, olduqca böyük sahələrə minaların basdırılması nəticəsində ölən və yaralananların stastikası artmaqda davam edir.
"Təəssüflər olsun ki, Ermənistanın Azərbaycana təqdim etdiyi xəritələrin dəqiqlik nisbəti 20, 25 faizdən artıq deyil".
Bunu politoloq İlyas Hüseynov açıqlamasında deyib.
O, bildirib ki, bu minaların dəqiq sxemləri Ermənistan tərəfində olsa da, ölkəmizə təqdim edilmir və onun acı fəsadları da özünü göstərir: "Düşünürəm ki, beynəlxalq ictimaiyyət bu xüsusda Ermənistan tərəfinə təzyiqləri çoxaltmalıdır. Azərbaycan da diplomatik müstəvidə demək olar ki, hər bir möhtəbər tədbirdə mina təhdidinin hələ də qaldığını, mina terrorunun davam etdiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıdır".
Qeyd edək ki, hər iki faktla bağlı Goranboy və Tərtər rayonunun prokurorluğunda araşdırma aparılır.
Tahirə AĞAMİRZƏ