İran prezidenti Məsud Pezeşkianın Bakıya rəsmi səfəri qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirəsi ilə yadda qaldı.
Səfər çərçivəsində həmçinin Şimal-Cənub nəqliyyatı dəhlizi, enerji sahəsində əməkdaşlıq və digər strateji layihələr üzrə konkret addımlar atılması barədə razılıqlar əldə edilib.
“Pezeşkianın Azərbaycana səfəri həm də münasibətlərdə keyfiyyətcə yeni bir mərhələni formalaşdıracaq. Çünki həm Azərbaycan-İran sərhədində Xudafərin və Qızqalası, Su Qovşağının, hidroqovşaqların istifadəyə verilməsi, alternativ və bərpaolunan enerji sahəsində səmərəli əməkdaşlığa təkan verir”.
Bu sözləri mətbuata açıqlmasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri politoloq İlyas Hüseynov deyib.
Politoloq əlavə edib ki, digər tərəfdən kənd təsərrüfatı üçün yararlıdır və həm də yaşıl enerji tendensiyaları ilə uyğunluq təşkil etməkdədir: “Düşünürəm ki, imzalanan sənədlər, normativ hüquqi bazanın zənginləşdirilməsi həm də statistik göstəricilərə, rəqəmlərə də gələcəkdə təsir göstərəcək”.
Tahirə AĞAMİRZƏ