Azərbaycana, müsəlmanlığa qarşı düşmən mövqeyi dəstəkləyən, İrandakı rejimi isə bəyənən və təbliğ edən bu erməni öz çıxışında bildirib ki, ermənilərlə farslar daim dostluq münasibətlərində olub. Qacarlar və digər türk soylu hökmdarlar isə ermənilərə qarşı müxtəlif cinayətlər törədiblər. Nəsrəddin şahın dövründə şah dəftərxanasının baş tərcüməçisi olan anti-türk mövqeli məmurun Fransada işləyərkən yazdığı cızmaqaraları həqiqət kimi qələmə verməyə cəhd edən Vartan Voskanyan belə bir gülməli fikir söyləyib ki, İran rəsmiləri hələ 1880-ci ildə “arsax”ın müstəqilliyini tanımışdı. Həqiqətə həmişə ermənisayağı ikrahla baxan bu fars sevdalı erməni alim tarixdən azacıq xəbərdar olsaydı, görərdi ki, həmin vaxt “arsax” bir yana, heç Ermənistan adlı dövlət də mövcud deyildi. Erməni dövləti 1918-ci ildə qədim Azərbaycan torpaqlarında bir sıra dövlətlər, o cümlədən Türkiyə tərəfindən yaradılıb və onu ilk tanıyan məhz ermənilərin hər zaman düşmən hesab etdikləri türklər olub.
Nəsib QARAMANLI