17.04.2025, 22:50
AZ EN
09.04.2025, 07:36 234

Nikol Paşinyana qarşı etirazlar davam edir

YAZILAR
  • Ermənistanda Nikol Paşinyana qarşı etirazlar davam edir. Paşinyan ermənilərin aksiyasına qarşı çıxaraq onların susdurulmasını tələb edir. O, Azərbaycanın adını çəkərək öz cəmiyyətində qorxu mühiti yaratmağa cəhd edir.

Müxalifət isə təşkil etdikləri aksiyaların uğursuzluğu ilə parçalanmış vəziyyətdədir. Paşinyan nəyə gör hər dəfə dara düşdükdə Azərbaycanın  adını çəkir və ona qarşı olan etirazlar nəticə verəcəkmi?

Ermənistanda baş nazir Nikol Paşinyana qarşı etirazlar səngimir. Bir aksiya bitdikdən sonra  digər qruplaşma fəaliyyətini davam etdirir. İrəvan hökuməti fəaliyyətini sürdürən separatçı  “Qarabağ hərəkatına”  qarşı çıxır. Baş nazir “hərəkatın”  öz fəaliyyətini dayandırmalı olduğunu  bildirib. Bundan sonra bir qrup  separatçı İrəvanın mərkəzində aksiyaya başlayıb. Paşinyan komanda üzvlərinə deyib ki,  onlar küçələrdə çox səs salsalar, bununla Azərbaycanı qəzəbləndirəcəklər. Paşinyan Azərbaycan adımdan istifadə edərək  daxili siyasi rəqiblərini zəiflətmək  niyyətindədir. Eyni zamanda o,  öz mövqeyini qorumaq üçün  rəsmi Bakının gücündən və  potensial təhlükəsindən istifadə edərək cəmiyyətini sakinləşdirməyə  və rəqiblərini susdurmağa çalışır. Ekspertlər deyirlər ki, biz güzəştə getməsək, Azərbaycan hücuma keçəcək ritorikası insanlarda qorxu yaratmaq  və onu dəstəkləməyə məcbur etmək üçün istifadə olunan taktikalardan biridir.

“Nə bizimlə sülhə hazır deyillər, nə də  ki, müharibəyə.  Müharibə istəmirlər ona görə ki,  müharibənin acı nəticələrini İkinci Qarabağ müharibəsində və ondan sonra gördülər. Paşinyan rəqiblərinə və xalqına  xatırladır ki, revanşistlərin tələblərini yerinə yetirmək Azərbaycanla yeni müharibəyə səbəb ola bilər və biz növbəti iktilərlə, növbəti fəalakətlərlə  üzləşə bilərik.

Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli ARB24-ə açıqlamasında ifadə edib.

Bu səbəbdən də Paşinyan davamlı olaraq Azərbyacandan  bir kart olaraq istifadə  edir.

Paşinyan hakimiyyətinin daxili-siyasi rəqiblərinə qarşı sərgilədiyi bu mövqe təkcə onun gücünü qorumağa yönəlməyib.  Həm də Ermənistanda separatçı  meyllərin qarşısını almağa hesablanıb.  Müxalifətin ardıcıl aksiyalarına baxmayaraq, İrəvan cəmiyyətində geniş dəstək qazana bilməməsi Paşinyanın  əlini gücləndirən  əsas amillərdən biridir. Paşinyanın Azərbaycanın adından istifadə  etməsi bir tərəfdən daxili rəqiblərini zəiflətmək məqsədi  daşıyırsa, digər tərəfdən  də Ermənistan cəmiyyətinə mümkün ssenariləri xatırlatmaq üçündür. Şərhçilər bildirirlər ki, indiyə qədər keçirilən aksiyaların  uğursuzluğu göstərir ki, müxalifət hələ də güclü bir alternativ ortaya qoya bilməyib.

Politoloq İlyas Hüseynov  isə  açıqlamasında bildirib ki, “Qarabağ hərəkatına” qarşı çıxır və bunu öz açıq bəynatlarında da ifadə edir. Eyni zamanda anlayır ki, Qarabağ ermənilərinə geniş meydan verilsə, bu Paşinyan hakimiyyətinin sonunu gətirə bilər: “Keşiş Baqrat Qalastanyanın da bütün fəaliyyəti fiaskoya uğradı və onun ətrafında tərəfdarları toplanmadı və bunun özü də Nikol Paşinyanın hakimiyyətini gücləndirən amilə çevrildi. Paşinyan bu gün özünü elə təqdim edir ki, sanki heç bir alternativi yoxdur” .

Analitiklərin  fikrincə, hazırda Ermənistan daxilində siyasi  mənzərə parçalanmış olaraq qalır.  Paşinyan öz hakimiyyətini qorumaq üçün təkcə daxili rəqiblərinə qarşı sərt mövqe tutmur. Eyni zamanda  Qarabağ mövzusunu da  manipuliyasiya alətinə çevirib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR