14.07.2025, 10:21
AZ EN
21.05.2025, 12:01 344

Qeyri-rəsmi zirvə görüşününü Budapeştdə keçirilməsi tarixi hadisədir

YAZILAR
  • Türk Dövlətləri Təşkilatının Budapeştdə keçirilən qeyri-rəsmi zirvə görüşü təşkilatın gələcək inkişafını müəyyənləşdirmək, və yeni təşəbbüslər irəli sürmək üçün mühüm platforma olacaq. Zirvənin  əhəmiyyəti üzv dövlətləri arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın dərinləşdirilməsi, qarşılıqlı, faydalı layihələrin təşviqi və türk dünyasının beynəlxalq arenada daha güclü mövqeyi əldə etməsi baxımından böyükdür. Bu cür görüşlər üzv ölkələrin birgə fəaliyyətlərini artırmaq və təşkilatın təsir gücünü genişləndirmək məqsədi daşıyır.

“Budapeştdə keçiriləcək həmin görüş Türk Dövlətləri Təşkilatının gələcək inkişafı və Türk dünyasının birliyinin gücləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir”.

Bu sözləri Milli Məclisin deputatı Azər Allahverənov deyib. Deputaın sözlərinə görə, bu görüşün həm də bir özəlliyi onunla bağlıdır ki, birincisi, burada Badapeşt bəyannaməsinin qəbul olunması gözlənilir: “Budapeşt bəyannaməsinin qəbul olunması qeyd etdiyim kimi, həmin o strateji  hədəflərin nədən ibarət olduğunu göstərəcək sənəddir və nəticə etibarilə bu gələcək perspektivə hesablanmış və eyni zamanda Türk Dövlətləri Təşkilatına üzv olan təşkilatların xarici siyasət kursunu Türk Dövlətləri Təşkilatı ilə bağlı olan strateji xətlərin  ən azından çərçivələrini müəyyənləşdirmək imkanı verəcəkdir”.

Eyni zamanda bu görüşün özəlliyi həm də ondan ibarətdir ki,  ilk dəfə olaraq Budapeştdə keçirilir. Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində iştirak edən tərəfdir. Məhz buna görə də bu toplantının Macarıstan ərazisində keçirilməsi olduqca vacibdir. Bu da president yaratmaqla yanaşı, Macarıstanın siyasi nüfuzunu artıran hadisədir.

Deputat daha sonra əlavə edib ki, burada diqqəti çəkən digər bir məsələ həm də onunla bağlıdır ki, bu zirvə toplantısı Avropa İttifaqı və Mərkəzi Asiya Respublikaları arasında bağlanmış məlum sazişdən sonra keçirilir: “Həmin sazişə görə nəzərə alsaq ki, Yunan-Kipirin də səfirlikləri Mərkəzi Asiya Respublikası Türk Dövlətləri Təşkilatının Mərkəzi Asiyadan olan ölkələrinin səfirliklərinin açılması elementi özündə etiva edir və müəyyən bir disbalans yaranır. Türk Dövlətləri Təşkilatına üzv olan təşkilatların, eyni zamanda Şimali Kipir Türk Cümhurityyəti ilə bağlı olan kəsimdə və bu baxımdan  bu disbalansın aradan qaldırılması üçün bu zirvə toplantısının keçirilməsi və burada bəzi  qərarların qəbul olunması, ona qədərsə təbii ki, zəruri müzakirələrin aparılması olduqca bacibdir”.

Gözləntilər ondan ibarətdir ki, görüşdə Şimali Kpir Türkiyə Cümhuriyyətinin xeyrinə veriləcək qərarlar həmin disbalansın yumşaldılması üçün zəruri imkanlar yaradacaq.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər