09.06.2025, 22:16
AZ EN
12.03.2025, 14:48 242

Nikol Paşinyan türk jurnalistlərə müsahibə verib

YAZILAR
  • "Hraparak" media şirkətlər qrupu ictimai əlaqələr və informasiya mərkəzinin rəhbəri Qor Carukyanın Tert.am-la söhbətinə istinadən xəbər paylaşıb ki, 10 türk jurnalist Ermənistan hakimiyyətinin dəvəti və vəsaiti ilə dünən İrəvana səfərə gəlib və baş nazir Nikol Paşinyandan müsahibə götürüb.

Müsahibədə nələrdən danışıldığını barədə tam açıqlama verməyən hay sözçüsü diqqətə çatdırıb ki, görüşdə iki qonşu dövlət arasında dinc yanaşı yaşamaq baş mövzu olub. Müsahibə öncə türk mətbuatında dərc ediləcək, sonra isə ona münasibətlər, şərhlər olacaq.

Əlavə olunub ki, bu müsahibədən xəbəri olan müxalifət türk jurnalistlərin Hayastanın vəsaiti ilə gəlişinə haysayağı mənfi münasibət sərgiləyirlər, deyirlər ki, türklər öz vəsaitləri ilə gəlməli idi. Hakimiyyətin sözçüsü isə beynəlxalq qaydaları diqqətə çatdıraraq vurğulayıb ki, sözügedən jurnalistləri rəsmi İrəvan dəvət etdiyinə görə vəsaiti də məhz özü ödəməli idi və belə də olub.

Bəs Nikol Paşinyan türk jurnalistlərə hansı açıqlamaları verib? Bu, əlbəttə, həm Türkiyə, həm də hay mətbuatından bəlli olacaqdır. Yəqin Nikolun əleyhdarları yenə onu tənqid atəşinə tutacaqlar.

N.Qaramanlı

Oxşar xəbərlər