Bunu Milli Məclisin deputatı Tural Gəncəliyev mıtbuata açıqlamasında deyib. O, bildirib ki, bu görüş Azərbaycanın müdrikliyindən, sülhə meyilli olmasından və dünyaya da bir mesajdır ki, artıq Azərbaycan yaratdığı yeni reallıqdan sui-istifadə etmir: “Biz sülhə meyilliyik. İstər Ermənistan olsun, istər digər qonşularımız olsun, biz heç vaxt antoqonist mövqedə olmamışıq. Azərbaycan müdrik siyasəti nəticəsində yeni reallıq yaratmışdır. Cənab Prezident də son çıxışlarının birində qeyd etmişdir ki, bizə heç nə mane olmurdu ki, 44 günük müharibə dövründə Zəngəzur dəhlizini ələ keçirə bilərdik. Naxçıvandan, Azərbaycanın qərb hissəsindən 42 kilometr ərazini ələ keçirmək çox asan idi. Necə ki, neçə minlərlə kvadratkilometr ərzi olan Qarabağı 44 günə işğaldan azad etdik. Yəni 42 kilometrlik bir yol Azərbaycan Ordusu üçün çox asan bir hədəf idi. Ona görə də cənab Prezident və Birinci xanım tərəfindən göstərilən bu sülh mesajları, sülh gündəmi çox önəmlidir və bu, həm də dünya erməniçiliyinə, Ermənistan diasporunda, Ermənistan kilsəsində olan o revanşistlərə də bir mesajdır ki, onlar Azərbaycana qarşı çox antoqonist mövqelərini hələ də qoruyurlar, saxlayırlar. Bu, Paşinyana qarşı Ermənistan hakimiyyəti daxilində olan revanşistlərə də bir mesajdır ki, yəni biz sülh istəyirik”.
Millət vəkili daha sonra əlavə edib:
“Zəngəzur dəhlizi açılsın, regional kommunikasiya xətləri bərpa olunsun. Bu gün Çin kimi böyük bir dövlət maraqlıdır ki, onun məhsulları Avropaya doğru, Qərbə doğru məhz orta dəhliz üzərindən, Zəngəzur dəhlizi üzərindən keçsin. Burada, Beynəlxalq Münasibətlər termini ilə desək, vinvin, hamı üçün qələbə, uduş deməkdir. Biz heç kimin ərazisini də işğal etmirik, işğal etmək fikrində də deyilik. Bu bir transport kommunikasiya xəttidir. Neçə illərdir fəxrlə danşırıq ki, şərq-qərb, həm də şimal-cənub marşrutu üzərində yerləşən əsas açar ölkəyik. İndi Ermənistanda bundan niyə qorxmalıdırlar ki?
Əksinə bütün dünya can atır ki, dünyanın o logistik arteriyaları onun ərazisindən keçsin. Bu pul deməkdir, gəlir deməkdir, məhsulların göndərilməsi, insanların səyahəti deməkdir. Hal-hazırda Rusiya-Ukrayna müharibəsini, Yaxın Şərqdə gedən gərginliyi nəzərə alsaq, elə Orda dəhliz dünya iqtisadiyyatının əsas artreriyasına çevrilir” .
Tahirə AĞAMİRZƏ