18.06.2025, 03:36
AZ EN
12.08.2023, 17:06 320

Elxan Şahinoğlu: "Separatçıların silah və hərbi texnika daşıyan nəqliyyat vasitələri hədəfimizdədir, onlara zərbə endirmək hüququna malikik

YAZILAR
  • İnternetdə az qala hər həftə Rusiya hərbi kontingentinin müşayiəti ilə Qarabağ separatçılarının bir məntəqəsindən başqa məntəqəsinə silah daşımasına dair görüntülər yayılır. Növbəti görüntü avqustun 11-də Xankəndi-Kərkicahan-Xəlfəli yolunda Rusiya sülhməramlılarının zirehli transportyorunun müşayiəti ilə erməni quldur dəstələrinin döyüş postlarına dəstək vasitələrinin çatdırılmasıyla bağlıdır.

Bu barədə "Atlas" Araşdırmalar Mərkəsinim rəhbəri Elxan Şahinoğlu özünün "Facebook" şəxsi hesabında yazıb.

Politoloqun sözlərinə görə, separatçıların nəqliyyat vasitələrinin Rusiya hərbi kontigentinin müşayiəti ilə daşınmasının səbəbi aydındır. Rusiya hərbi kontingenti bu halda Azərbaycanın dronlarla havadan separatçıların nəqliyyat vasitələrinə zərbə endirməyəcəyi qənaətindədir. Bəli, biz Rusiya hərbi kontingenti ilə Qarabağda qarşırdurma istəmirik, ancaq onların separatçıları himayə etməsinə də seyrçi qalmamalıyıq. Fikrimcə, Azərbaycan Müdafiə Nazirliyi Rusiya hərbi kontingenitinin komandanını Bakıya dəvət edib, ona bu şəkildə xəbərdarlıq etməlidir: “Separatçıların silah və hərbi texnika daşıyan nəqliyyat vasitələri hədəfimizdədir, onlara zərbə endirmək hüququna malikik. Separatçıların nəqliyyat vasitələrini müşayət edən Rusiya hərbi kontigentinin şəxsi heyətinin zərər görməsini istəmirik, həmin nəqliyyat vasitələrinin müşayiət edilməsi Azərbaycan-Rusiya münasibətlərinə kölgə salır, bu cür fəaliyyətin dərhal dayandırılmasını tələb edirik”.

E.Şahinoğlu daha sonra əlavə edib ki, bu səpgili xəbərdarlığın Müdafiə Nazirliyi ilə eyni gündə Azərbaycan Xarici İşlər Nazirliyinin yayımlaması ciddi tədbirlərə əl atacağımızın təsdiqi olar.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər