17.06.2025, 13:00
AZ EN
24.02.2025, 14:02 267

Ermənistan yenə də sülh prosesini ləngitməyə çalışır

YAZILAR
  • Ermənistan hökuməti Zəngəzur dəhlizi məsələsinin Azərbaycanla razılaşmanın bir hissəsi olduğunu inkar edir. Eyni zamanda konstitusiyanın dəyişdrilməsi tələbini sülh müqaviləsində müzakirə edilməmiş məsələ kimi göstərir. Bakı isə mövqeyində qətidir. Belə ki, 10 noyabr bəyanatında  nəzərdə tutulan kommunikasiyaların  açılması öhdəliyi birmənalı şəkildə yerinə yetirilməlidir. Həmçinin hələ də Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu Ermənistan konstitusiyası məhz sözügedən səbəbdən dolayı yenilənməlidir. Ölkə parlamentinin vitse-spikeri Ruben Rubinyan isə bu müddəaları təkzib eir. O, 10 noyabr bəyanatının həll edilməyən bəzilərinin sadalananlar olmadığını deyib. Vitse-spikerin sözlərinə görə, iki məqamdan biri sərhəddə üçüncü qüvvənin yerləşdirilməsi, digəri beynəlxalq strukturlarda dövlətlərin bir-biri ilə bağlı şikayətləri ilə bağlıdır.

Xatırladaq ki, Bir neçə gün öncə Ermənistanın Baş naziri Nikol Paşinyan alqa müraciət edərək konstitusiyanın dəyişdirilməsi üçün referendum keçirilməsinin vacibliyini vurğulayıb. Belə bir təşəbbüs sülh yolunda bir addımın atılması kimi qiymətləndirilə bilər. Ekspertlər isə bu cür ziddiyyətli açıqlamaları Ermənistan daxilində gedən çəkişmələrin təzahürü hesab edirlər.

“Bu mesaj Ermənistan publikasına aiddir. Daxili auditoriyaya mesaj verir ki, yəni daxili etirazlarda müəyyən dərəcədə sığortalanırlar”.

Bu sözləri siyasi şərhçi Məhəmməd Əsədullazadə ARB24-ə açıqlamasında deyib.

“Ermənistanın digər rəsmiləri tərəfindən verilən açıqlamalar sadəcə  revanşist qrupların, burada Paşinyana qarşı etirazının qarşısını almaq,  xalqı sakitləşdirmək, yəni əsas praktik olaraq  buna razıdır. Bunların mesajıları, bəyanatları ümumiyyətlə, əhəmiyyət kəsb etmir” ,- deyə o fikrini tamamlayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər