09.06.2025, 11:11
AZ EN
27.04.2023, 10:55 291

Ədalət Verdiyev: "Qarabağ ermənilərinin tək xilaskarı Azərbaycandır"

YAZILAR
  • "Vardanyan təzə gələndə Qarabağ ermənilərinin gözünə “axşaq Rembo” kimi görünmək üçün tez-tez “istefa verməyəcəm”, “vəzifəmdə qalacam”, “Qarabağ xalqı, sizinləyəm”, “Mən sizinlə qalmağı seçirəm”, "Qarabağı ən yaşamalı yerə çevirəcəm" və s. kimi pafoslu açıqlamalarla yeri əhaliyə şirin vədlər verirdi. İndi isə Xankəndi ətrafında halqa daralır və Ruben kirayədə yaşadığı evdə ruslardan imdad diləməkdən başqa çıxış yolu tapmır".

Bunu hərbi ekspert Ədalət Verdiyev   "Newscenter.az"a məsələyə münasibət bildirərkən səsləndirib. O, qeyd edib ki, ruslar isə bizim sərhədçilərdən şikayətçidir: "Deməli, nə Ruben, nə də RSK Qarabağda “hədəflərinə” çata bilmir. Bu yerli əhalini dərindən düşündürməlidir və onlar birdəfəlik anlamalıdırlar ki, Qarabağ ermənilərinin xilaskarı nə Rubendir, nə də İvandır. Onların tək xilaskarı Azərbaycandır. Bunu qəbul edənlər Qarabağda qala bilərlər, qəbul etməyənlər isə çıxıb cəhənnəmə qədər gedə bilərlər. Çamodan-Qafan-İrəvan-Tehran".

Ekspert onu da vurğulayıb ki, Ruben Vardanyan Rusiya sülhməramlılarına bir neçə bəndlik müraciət də ünvanlayıb. Vardanyan deyib ki:

"1. Rusiya sülhməramlı kontingentinin komandanlığına mövqeyimiz barədə məlumat verilib və həmçinin bildirilib ki, biz onlardan dəhlizin blokadasını açmaq üçün konkret addımları gözləyirik. Belə şəraitdə dəhliz bizim tərəfimizdən istifadə edilməyəcək. (Guya ki, əvvəl istifadə edə bilirdilər. Laçından Xankəndi yolundan erməni seperatçıların istifadə etməməsi Azərbaycan maraqlarına zidd deyil)

2. Bu məsələdə güzəştə getmək olmaz. Ermənistana heç bir məhdudiyyət olmadan birbaşa və sərbəst giriş bizim əsas şərtimizdir. (Ruben Azərbaycana qarşı şərt irəli sürməyin nə qədər təhlükəli addım olduğunu hələ anlamaylb).

3. Hüquqlarımızı və ləyaqətimizi qorumaq üçün hər şeyi edəcəyik. Əgər nə RSK, nə də beynəlxalq ictimaiyyət tərəfindən heç nə dəyişdirilə bilməzsə, biz həmvətənlərimizin qanuni maraqları, əlimizdə olan dinc digər vasitələr əsasında hərəkət etmək hüququnu özümüzdə saxlayırıq” (Əlində olan bütün vasitələrdən istifadə etmək təcrübəninzin acı nəticələrini dünya hələ unutmayıb. Bu hüququnuzun təkrar tətbiq etməyinizi yenə də səbirsizliklə gözləyirik", - deyə hərbi ekspert vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər