08.09.2024, 08:58
AZ EN
15.03.2023, 12:07 409

Daşnakla həmrəy olan ədalətli ola bilməz

YAZILAR
  • Bir neçə gündür ki, Moskvada səfərdə olan Ermənistan parlamentinin deputatları, "Daşnaksütyun" partiyası bürosunun siyasi nümayəndələri Armen Rustamyan və daşnakların Ermənistandakı ali orqanının nümayəndəsi İşxan Sağatelyan dünən "Ədalət naminə ədalətli Rusiya" partiyasının sədri, Rusiya dövlət dumasında fraksiya rəhbəri Sergey Mironovla görüşüblər.

Görüşdə daha çox Laçın-Xankəndi yolundakı ekoaksiya barədə danışılıb və dinc ekoaksiya ədalətsizcəsinə "blokada" kimi dəyərləndirib ki, bu da Sergey Mironovun ənənəvi haypərəstliyinin növbəti təzahürüdür. Xatırladaq ki, adında ədalət olan, ukraynalılar demiş, bu moskal partiyası ilə daşnakların qarşılıqlı əməkdaşlığı barədə 2007-ci ildə müqavilə imzalanıb.

"Hraparak" yazır: "Görüşün sonunda Sergey Mironov əmin olduğunu bildirib ki, Rusiya Federasiyası erməni əhalinin təhlükəsizliyinin təminatçısı olaraq onların problemlərinin həlli üçün tədbirlər həyata keçirəcək..."

Şərhə ehtiyac yoxdur, ən azı ona görə ki, daşnakla həmrəy olandan ədalətli nəsə gözləmək ağılsızlıqdır.

Nəsib

Oxşar xəbərlər