20.04.2025, 02:09
AZ EN
14.04.2023, 15:43 428

İran Ermənistanla bacılığını yenə ortaya qoydu

YAZILAR

Molla rejiminin Azərbaycana qarşı nifrəti getdikcə artır. Məqam düşdükcə, həm açıq-aşkar, həm də erməni qardaşlarının əli ilə Azərbaycana xəyanətlərini davam etdirirlər. Bu dəfə isə Ermənistanın Azərbaycana qarşı son təxribatı İranın Ermənistan bacılığlnaaşlığına sadiqliyini yenə də ortaya qoydu. Hərbi ekspert Ədalət Verdiyev məsələ ilə bağlı “Space” kanalına açıqlama verərkən bildirib ki, əslində, Azərbaycan ordusu təxribat baş verən əraziyə keçən ayın son günlərində yerləşmişdi və Ermənistan yalnız bundan sonra ayıldı ki, deməli, burada bir Azərbaycan-Ermənistan sərhədi varmış, Azərbaycan ordusu da artıq o sərhədlərə sahiblənib: “Həmin sərhədlərdə yerləşən qoşunlarımız bir neçə hakim yüksəkliklərə, Zabux və Cağauz kəndləri arasında yüksəkliklərə yerləşməklə, həm düşmən ərazisindəki qoşunların manevrlərini, həm də əsas və köməkçi yollara (hansı ki, Ermənistandan Qarabağa daşınmaları təmin edirdi) nəzarəti bərpa etmişdi.

Son təxribatlar Ermənistanın öz güc və potensialına uyğun olmayan bir fəaliyyətlərdir və əvəlcədən  düşünülüb planlaşdırılmış  bir təxribatlar idi. Çünki  əgər 15 günə yaxın bir müddət ərzində  əsgərimizə qarşı bir dəfə də olsun atəş açmayan Ermənistan ordusu, nədənsə, Ermənistanın milli təhlükəsizlik şurasının katibi  Armen Qriqoriyanın  Tehrana səfəri və Tehranda İranın ali milli təhlükəsizlik şurasının  rəisi  Əli Şəmxani ilə görüşdən bir neçə saat sonra belə bir təxribatların  baş verməsi bu işin arxasında İranın təlimatlarının ola biləcəyi ehtimalını da önə sürür”.

Ekspert daha sonra bildirib ki, digər tərəfdən, Ermənistan ilk dəfə deyil ki, sülh müqaviləsi, danışıqlar  formatına yaxınlaşma ərəfəsində belə təxribatlara yol verir. Dəfələrlə biz bu kimi hallarla  rastlaşmışıq. Sadəcə, bu proseslərin əvvəlcədən planlaşdırılmasını sübut edən bir neçə faktor var. İlk növbədə heç də böyük bir strateji əhəmiyyət daşımayan bir ərazidə Ermənistanın xüsusi təyinatlı korpus komandiri və müavinləri ilə bir yerdə, eyni ərazidə olması kifayət qədər çox sayda erməni hərbi qulluqçularının həmin əraziyə cəlb edilməsi, mühəndis texnikasının həmin ərazilərdə, belə deyək, inşaat işləri görməsi ondan xəbər verir ki, Ermənistan tərəfi bu təxribatları daha öncədən planlaşdırmışdı, sadəcə, bu təxribatlara dəstək almaq üçün bir də İrana səfər edirmiş:”İranın isə son 30 ildən artıq müddətdə Ermənistana verdiyi  siyasi və hərbi dəstəyin şahidiyik. Yanacaq, yanacaq-sürtgü materailları, İranın tank əleyhinə idarə olunan raket kompleksləri verilməsi barədə rəsmi məlumatlar mövcuddur. Hətta PUA-ların belə  Ermənistana verilməsinə dair məlumatlar var.Hər bir halda İranın siyasi dəstəyindən, ümumiyyətlə, bəhs etməyimizə dəyməz. İki gündən bir İranda yerindən duran general,  durub Azərbaycan əleyhinə bəyanat verir. Bütün bunlar isə onu göstərir ki, İran əraziyə daxil olmaq üçün həm Ermənistan ərazisinə, həm də özünün  həmsərhəd olan bölgələrinə, (təbii ki, Zəngəzurdan söhbət gedir) daxil olmaq və müəyyən bir gərginlik yaratmaqda  maraqlıdır. Müharibənin sülh sazişinə gedib çıxmamasına maraqlıdır. İkinci bir tərəfdən isə Ermənistan rəhbərliyi də yaxşı anlayır ki, Vaşinqtonda yüksək səviyyədə bəlli bir görüş planlaşdırılıb və həmin görüşdə də Ermənistan tərəfi güncə slıxışdırılacaq və  bəlli bu sənədlərə tez, ya gec imza atmaq məcburiyyətində qalacaq. Amma Ermənistanın da hansı şəraitdə sənəd imzaladığının daha əvvəldən şahidiyik. Yenə hansısa qaranlıq bir məkan seçiləcək, kimsənin görmədiyi bir yerdə Paşinyan imza atacaq.  Belə  imza atmaq isə Paşinyan üçün ağır nəticələr vəd edir. Çünki birmənalı olaraq Azərbayanın ərazi bütövlüyündən söhbət gedir. Bunlar daha əvvəl razılaşdırılıb. Amma indi imza zamanı gəlir.  Sülh sazişinə yaxınlaşma, delimitasiya prosesləri, bundan artıq vaxt uzatmaq məsələsi limiti Ermənistan üçün bitib. Bu təxribatları törətmək, növbəti dəfə danışıqlar, sülh prosesini arxa plana keçirməkdir. Yaxşı məlumdur ki, belə bir təxribatlarda Azərbaycan ordusunun şəhid verməsindən sonra Azərbaycan tərəfi masaya oturmayacaq. Nəticə etibarilə Ermənistanın bu təxribatları törətməkdə məqsədi İranı maksimal proseslərə cəlb eləməkdir. Ona görə də indi İrandan bərk yapışıblar”,- deyə ekspert vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ  

Oxşar xəbərlər