09.06.2025, 16:48
AZ EN
25.02.2025, 15:54 330

Keçən il on iki bələdiyyə işçisi həbs edilib

YAZILAR
  • "Hraparak"ın müxbiri Anna Papikyan "Nə sübut var, nə də videoçarx" başlıqlı məqaləsində yazıb ki, antikorrupsiya komitəsi ilə İrəvan şəhər bələdiyyəsi arasında qalmaqal davam edir.

Buna səbəb isə bu günlərdə 7 bələdiyyə işçisinin qəflətən saxlanıldığı, onların ikisi barədə isə həbs qəti imkan tədbirinin seçilməsidir. Həmin şəxslərdən biri İrəvan şəhər bələdiyyəsində ictimai qaydanın mühafizəsi idarəsinin rəisi Aram Gülzadyan, digəri isə torpağa nəzarət idarəsinin rəis müavini Mikayıl Ğimoyandır. Onlar və iş yoldaşları bu həbsin sifarişli olduğunu, heç bir sübut və videoçarx formasında dəlil olmadığını desələr də barələrində saxta ittiham irəli sürülüb.

Müəllif vurğulayıb ki, ümumiyyətlə keçən ildən indiyədək 12 bələdiyyə əməkdaşı müxtəlif maddələrlə həbs edilib və onlardan dördünün barəsində olan cinayət işi artıq məhkəməyə təqdim edilib. Müəllifin fikrincə, hakimiyyət müxalifət təəssübkeşlərini həm də Antikorrupsiya komitəsi vasitəsi ilə neytrallaşdırır.

Nəsib

Oxşar xəbərlər