Ancaq avropalı səfirlərin şərti sərhəddə intensivləşən səfərlərinin hansı məqsədlərə xidmət etdiyi gün kimi aydındır.
Fransanın Ermənistandakı səfiri Olive Dekottini özünü diplomatdan çox Aropa İttifaqının Ermənistandakı missiyasının patrol dəstəsinin üzvü kimi aparır. Fransalı səfir missiya üzvləri ilə şərti sərhədə gəlir, əraziyə baxış keçirir, hətta özü üçün müəyyən “nəticələr” də çıxarır. Yeri gəlmişkən səfir bir müddət əvvəl missiyanın qalmasına, üzvlərinin sayının artırılmasına, mandatın uzadılmasına zərurət olduğunu açıqlayıb. Guya bunu gözləri ilə görüb və belə qənaətə gəlib.
“Əvvəlcə Praqada keçirilən Avropa siyasi icmasının toplantısında Ermənistan ərazisində bu missiyanın cəmi iki ay müddətində yerləşməsi haqqında razılıq əldə olundu. Artıq onların monitorinq keçirilmələrinin sayı qeyd olunmağa başladı və eyni zamanda bu missiyanın tərkibinin genişləndirilməsi, Kanada nümayəndə heyətinin bura dəvət olunması və eyni zamanda bu missiyanın həcminin genişləndirilməsi prosesinə başlanıldı”.
Bu fikirləri politoloq İlyas Hüseynov Atv-yə açıqlamasında deyib.
Qeyd edək ki, Avropa İttifaqının Ermənistan ərazisindəki “müşaiyət missiyasının” fəaliyyət müddəti gələn ilin fevralında başa çatır. Amma görünən odur ki, təşkilat missiyanı regiondan çıxarmaq niyyətində deyil. Hətta missiya üzvlərinin sayının daha da artırılmasında maraqlıdır.
Tahirə AĞAMİRZƏ