Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov məsələ ilə bağlı ARB24-ə açıqlamasında deyib.
O, bildirib ki, bu gün İran ətrafında müəyyən proseslər gedir. Türkiyə ilə bağlı bir sıra Qərb dövlətlərinin planları var. Baxın, qısa müddətdə Suriyada nə baş verdi və ümumiyyətlə, bölgəmizdə, Yaxın Şərqdə də biz vəziyyətin çox gərgin olduğunu görürük: “Ona görə burda müəyyən planlar var ki, gələcəkdə bu münaqişələr bizim bölgəmizə də sıçradılsa, bununla bağlı müəyyən problemlər var. Amma Ermənistanın hazırkı niyyəti nədir, məqsədi nədir və Ermənistan burda narahatdır. Narahatlığın da əsas səbəbi odur ki, bu gün bizdə, Türkiyədə, mən deyərdim ki, Rusiyada ciddi cəhdlə Ermənistana bunu vurğulayırıq ki, dəhliz açılmalıdır. Zəngəzur dəhlizi ən qısa vaxtda açılmalıdır. Azərbaycan bununla bağlı dəfələrlə Ermənistana öz mövqeyini bildirib və Ermənistanda da bu narahatlıq var ki, ola bilər ki, Azərbaycan hansısa bir hərbi əməliyyatları da nəzərdən keçirsin. Amma biz bundan əvvəl də qeyd etdiyimiz kimi bizim elə bir hədəfimiz, məqsədimiz yoxdur. Bizim hədəf və məqsədimiz sülh yolu ilə bu dəhlizin açılmasına nail olmaq və bizim vətəndaşlarımızın ora getməsi hədəfi və məqsədidir. Amma mən bir daha ona gəlirəm ki, Ermənistanda hazırda gedən proseslər, yəni ardarda bir neçə ölkədən silahların alınması, Avropa İttifaqının ordakı mülki-missiyasının addımları, Avropa ölkələrinin dəstəyi, bütün bunlar həm də ona işarə edir ki, Qərbin bölgəmizlə bağlı bir sıra planları var. Yəni əslində bu planlar çoxdan var. Baxın, indi bu gün Suriyada cəbhə açıldı. Gələcəkdə onların bizim bölgəmizdə də Rusiyaya qarşı bir cəbhənin çılması və digər müəyyən hədəf və məqsədlər var. Ona görə bu gün mən deyərdim ki, Qərb üçün, Amerika Birləşmiş Ştatları üçün ən önəmli, ən çar ölkələrdən biri Ermənistandır. Ona görə ardarda bütün Avropa ölkələrinin dəstəyi, yəni artıq Ermənistanın bu aldığı silahların miqyasına da baxanda, həcminə də baxanda məsələnin ciddi olduğunu bir daha görürük.. Bir məsələni də diqqətə çatdırım, düşünmürəm ki, bu silahların hamısı açıqlanır. Burda Ermənistana olan hərbi yardımlar da var. Mən əminəm ki, Amerika Birləşmiş Ştatlarına səfər çərçivəsində bu gün Ermənistana hərbi yardımların edilməsi, bilirsiniz ki, bu gün Amerika hərbçilərinin Ermənistan hərbçilərinə müəyyən təlimlər keçirməsi, burda yəni həm bu gün üçün, həm də gələcək üçün güclü bir Ermənistan ordusunun yaradılması və gələcəkdə müəyyən hədəflərin və məqsədlərin həyata keçirilməsi üçün görülən tədarükdür. Çünki burda həlqənin ümumilikdə götürdükdə, daraldılması və hədəf var. Bizim mövzumuz Azərbaycan-Ermənistan münasibətidir, amma biz hər nə qədər çalısaq da, ümumi regiondakı proseslərə baxsaq, görürük ki, burda çox ciddi oyunlar gedir. Və növbəti ildə biz çox ciddi proseslərin şahidi olacağıq, həm regionumuzda, həm də yaxın Şərqdə və dünyada gedən proseslər fonunda.
Tahirə AĞAMİRZƏ