08.09.2024, 08:57
AZ EN
01.04.2022, 08:00 654

Ermənistan: sərsəm fikirlərdən əl çəkmirlər

YAZILAR

“Hraparak” qəzeti 31 mart tarixli sayındakı “Düşmən erməni qəbirstanlığını sökür” başlıqlı yazıda göstərilir ki, Fərrux kəndində kütləvi məzarlıq olmayıb, burada azərbaycanlılar mühəndis-istehkam işləri apararkən  qədim erməni qəbirstanlığındakı sümük və kəllələri bir yerə yığaraq onları öz  soydaşları kimi təqdim edirlər. Ermənilərin özləri demiş, yalançının lap… Halbuki, ermənilərin yeri gələndə öz ölülərinin sümüklərindən də “əşyayi-dəlil” kimi istifadə etdikləri barədə çoxsaylı faktlar məlumdur.

“Joğovurt» qəzetinin martın son günündəki sayında dərc olunmuş “Hərbi yollar və mövqelər nəzarət altındadır” sərlövhəli yazıda Alen Tevorkyan adlı erməni politoloq bildirir ki, həm Qarabağ iqtisadi zonasında,  həm də Ermənistanla sərhəddə hərbi yollar ermənilərin nəzarəti altındadır. Azərbaycan isə öz hücumlarını dayandırmayaraq strategi yüksəklikləri ələ keçirmək üçün atəşkəsi pozur. Burda da yalançını söyməmək mümkün deyil!

Xatırladaq ki, hər həftənin cümə axşamı Ermənistan hökuməti iclas keçirir və bu, müxtəlif televiziya kanalları ilə birbaşa yayımlanır. Martın 31-də keçirilən iclasda gündəlikdə 25 məsələnin olduğu biıdirilib. Amma N.Paşinyan Ermənistan təhlükəsizlik şurasının 25 mart tarixli bəyanatı ilə bağlı uzun-uzadı şərhlər verib və yenə də Azərbaycanı qeyri-konstruktivlikdə suçlayıb. Gündəlikdəki məsələlər isə “yaddan çıxıb ”.

N.Paşinyan iclas zamanı bir neçə dəfə xatırladıb ki, aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Brüsseldə görüşəcəklər. Həmin görüşün Avropa İttifaqının rəhbəri Şarl Mişelin təşəbbüsü ilə baş tutacağını bildirən N.Paşinyan əlavə edib ki, Azərbaycan Prezidentin ilə danışıqlarda sülh müqaviləsinin hansı şərtlər əsasında imzalanacağı müzakirə ediləcək. Paşinyan sonra bir mesaj da verib ki, nə məndən, nə də xarici işlər nazirindən milli məclisdə hesabat istəməyin. Müxalifət onsuz da həqiqəti görmür və ölkədə stabilliyi pozmağa çalışır. 

Ermənistan mətbuatında N.Paşinyanın həyat yoldaşı Hakopyanın ünvanına tənqid yağışı isə daha güclənib. “Joğovurt” qəzetinin 31 mart tarixli sayında dərc olunmuş “Övladları həlak olmuş analarla Anna Hakopyanın görüşü iqtidarın daxilində narazılıqar yaradıb” sərlövhəli yazını oxuduqca əsl erməni xislətinin nədən ibarət olduğu bir daha açıq-aydın görünür. A.Hakopyanın mövqeyini müdafiə edənlər bildirilər ki, onun təşkil etdiyi əyləncəli tədbir övladlarını itirmiş anaların xoş ovqatlı olmalarına hesablanıb. Əks mövqedə dayananlar isə vurğulayırlar ki,  heç bir xalqda yaxın adamını itirmiş insanlar üçün kef məclisi keçirilmir.

«Əsgər anası» ictimai birliyinin sədri Marqarita Xaçatıryanın bu olaya münasibətini qələmə alan jurnalist yazır ki, belə tədbir yolverilməz idi. Marqarita Xaçatıryan deyib ki, «bunkerdə oturub övladlarımızı qırdırırdılar. Həmin tədbirdə iştirak edən qara paltarlı qadınların baş nazirin arvadı ilə rəqs etməsi bizi çox ağrıdır. Onların çoxunun övladları 44 günlük müharibədə həlak olmayıb. Şəxsən mənim oğlumun həlak olmasından 25 il keçir. Ancaq mən nə qara paltarımı soyunmamışam, nə də heç vaxt şənlənməmişəm».

Göründüyü kimi,  ermənilər düzələn deyil. Çünki xasiyyətlərindəki mənfiliklər daim yeni viruslarla möhkəmləndirilir.

Nəsib QARAMANLI

Oxşar xəbərlər