21.11.2024, 21:23
AZ EN
14.10.2024, 15:41 240

Samir Hümbətov: “Bəzi qərb dövlətləri regionda vəziyyətin gərginləşdirilməsi istiqamətində bütün mümkün variantlardan istifadə edir”

YAZILAR
  • “Regionun təhlükəsizlik məsələləri bu gün üçün ən aktual məsələlərdən biridir. Xüsusilə Cənubi Qafqazla bağlı. Çünki  II Qarabağ savaşı, ardından da antiterror əməliyyatlarından sonra artıq Cənubi Qafqazda yeni bir real  vəziyyət yaranmağa başladı və  belə bir vəziyyətin  dünyanın aparıcı dövlətləri, güc mərkəzləri tərəfindən rahatlıqla həzm olunmasını görə bilmirik”. 

Bu fikirləri politoloq Samir Hümbətov Az.Tv-nin  “Hədəf” verilişində “Cənubi Qafqazın təhlükəsizlik məsələləri necə həll olunmalıdır” müzakirəsi zamanı ifadə edib.

Politoloq bildirib ki, son dövrlər Ermənistanın silahlandırılması,  həm Şərqdən, həm Qərbdən, həm Hindistandan, həm  Avropadan absurt şəkildə dəstək verilməsi, elə 5 aprel anlaşmasının Ermənistanla imzalanması, yəni bu ilin 5 aprelində. Bütün bunlar onu göstərir ki, regional təhlükəsizlik  məsələsi yenə də  ciddi sual altındadır və bu gün üçün ən aktual mövzulardan biridir. Ermənistanın olmayan ordusunun yenidən formalaşdırılması və bölgəyə revanşist meyllərini yenidən  gətirilməsi istiqamətində Qərb dövlətlərinin açıq şəkildə təxribatının şahidi oluruq. Əslində bəzi Qərb dövlətləri var ki, onlar da xəbərdarlıq edirlər Ermənistana ki,  sənin müharibəyə girişməyin və yenidən reavnşist meyllərə düşməyin  sənin sonunu gətirəcək addımların sırasındadır. Eyni prosesi Rusiya da dəfələrlə onlara  təkrara edib. Aydın məsələdir ki, bu dövlətlərin hər biri baş verən proseslərdən xəbərdardır və dövlətlərin də hərbi gücünə, iqtisadi, siyasi gücünə bələddilər. Müqayisə oluna bilməyəcək dərəcədə aramızda fərq var Ermənistanla. Təbii ki, bu bizim üstünlüyümüzdür.  Bunu heç bir beynəlxalq qurum da gizlədə bilməz. Bizim özümüz də açıq şəkildə bildiririk ki, bu  imkanlarımız, hərbi potensialımız bizim regionda  təkcə hegemonluq etməyimiz demək deyil, həm də bölgəni təhlükəsizlik məsələsində böyük məsuliyyət sahibi olmağımız anlamını daşıyır. Rusiyanın bu gün Azərbaycanla Cənubi Qafqaz ətrafında baş verən proseslərdə həmfikir olması və təhlükəsizlik məsələlərində Azərbaycanla ortaq  fikir formalaşdırması ondan xəbər verir ki, demək, Cənubi Qafqazda baş verən proseslərin  həm də Rusiya üçün çox ciddi,  vacib əhəmiyyətə malik olduğunu görürük. Çünki Rusiya bir tərəfdə Rusiya-Ukrayna müharibəsi fonunda  yeni bir cəhbənin Cənubi Qafqazda açılmasını və bölgənin yenidən müharibəyə sürüklənməsi və onun sərhəddinin yaxınında baş verə biləcək yeni bir problemi istəmir.  Əslində həm də onu istəyir ki,  regionda əgər bir hərəkətlənmə olacaqsa, bu, iqtisadi hərəkətlənmə olmalıdır. Məsələn, Zəngəzur dəhlizi ilə bağlı məsələ  xüsusi əhəmiyyət daşıyır. Rusiya da bildirir ki,  biz 10 noyabr Üçtərəfli Anlaşma imzalamışıq və 10 noyabr Anlaşmasını da Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək dəhlizin açılması məsələsi gündəmdədir. Bu təkcə dəmiryolu xətti deyil. Burda  nəqliyyat, kommunikasiyanın bütün sahələri, yəni avtimobil yollarının açılması, ümumilikdə bir dəhliz  funkisiyasını yerinə yetirənərazisinin həyata keçirilməsi vacibdir. Bu təhlükəsizliyin təmin olunması bizim Rusiya ilə eyni baxış acıdan baxdığımız göstərici. Yəni iqtisadi məsələlərdə, təhlükəsizlik məsələlərində fikirlərimiz üst-üstə düşür. Təbii ki, beynəlxalq münasibətlərdə  dost dövlətlər anlayışı biraz arxa plana keçir, müttəfiqlik  maraq məsələsi ortaya çıxır. Görünür ki,  bu məslədə marağımız üst-üstə düşür və  biz istəyirik ki, bölgədə təhlükəsizlik  tam təmin olunsun. Mənim üçün önəmli lan odur ki, təhlükəsizlik məsələlərində bizim isytəyimiz ondan ibarətdir ki, qeyri-region dövlətlərin  regiona gətirilməsi birdəfəlik aradab qalxmalıdır. Çünki regionun problemlərini regionda həll etmək lazımdır və region dövlətləri ilə həll etmək lazımdır. Yəqin ki, xatirinizdədir,  10 dekabr 2020-ci ildə Azərbaycan  parad keçirən zaman Prezident cənab İlham Əliyev  bir təklif irəli sürdü: 6-lıq platforma. Bu 6-lıq platforma nə deməkdir; Türkiyə, Rusiya,  İran, Azərbayan, Gürcüstan, Ermənistan. Bu platformanın əsas mahiyyətində iqtisadi amillər dayanır. İqtisadi amillərlə bərabər həmin təhlükəsizlik məsələləri dayanır. Yəni bölgədə baş verə biləcək istənilən eskalasiya, qarşıdurma, bölgənin yenidən təhlükəsizlik arxitekturasını dağıtmış olacaq. Ona görə də bu gün Rusiya üçün də maraqlıdır bu məsələ. Çinin özünə də maraqlıdır bu məsələ. Çünki Çin burdan “Bir kəmir, bir yol” layihəsinin ən böyük qollarından biri olan Orta dəhlizi keçirir. Belə keçirilən bir halda,  əlbəttə ki, bu gün istər dövlətlər olsun, istər şirkətlər olsun qoyduqları vəsaitlərin böyük hissəsini təhlükəsiz zonalara yerləşdirməklə burda həm gəlirlərin artırılmasını həyata keçirməyə çalışırlar, yəni  iqtisadi dividentlərin əldə edilməsi. Eyni zamanda təhlükəsiz  biznes mühitinin formalaşdırılmasını həyata keçirməyə çalışırlar. Əlbəttə ki, bu məsələdə o baxımdan qeyd edirəm ki, Çinin də böyük marağı var. Rusiyanın böyük marağı var. Azərbaycanın böyük marağı var, Türkiyənin böyük marağı var. Hesab edirəm ki,  Qərbin bir sıra dövlətlərinin də burda marağı var.  Amma çox təəssüflə qeyd edirəm ki,  Qərbdə bəzi dövlətlər var ki, onlar öz  maraqları naminə, xüsusilə Fransanın öz ambisiyaları naminə bu bölgədə vəziyyətin gərginləşdirilməsi istiqamətində bütün mümkün variantlardan istifadə  edir. Hətta onu da qeyd etmək lazımdır ki, Fransanın Afrikadan qovulması və frikada  Rusiyanın, Tirkiyənin üstünlüyünün artırılması Fransanı qıcıqlandıran amillərdəndir ki, bu gün Cənubi Qafqazda vəziyyəti daha gərgin hala, daha doğrusu “revanş” götürmək istəyir. “Revanş” götürmək istədiyi bölkə isə təbii ki, çox yalnış təsəvvürə malik olduğu bir bölgədir. Çünki bu bölgənin xalqlarının milli-mental dəyərlərini, düşüncə tərzini, həyat tərzini görünür ki, Fransa hələ anlaya bilməyib. Hesab edirəm ki, bura köçürülmüş ermənilərin, burada Azərbaycan torpaqları hesabına dövlət olmuş Ermənistanın gəlib bu bölgənin arxitekturasını pozmaq nə imkanı, nə də hüququ yoxdur.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər