21.11.2024, 17:32
AZ EN
04.09.2024, 12:30 234

Azərbaycan ordusu bütün döyüş-tapşırıqları yerinə yetirmək qüdrətindədir

YAZILAR
  • İkinci Qarabağ müharibəsindən sonra Ermənistan 10 noyabr üçtərəfli bəyanatına etinasız yanaşaraq təxribatlarını davam etdirdi. Sabotajlara cavab olaraq, “Fərrux”, “Qisas” və bu kimi hərbi əməliyyatlar keçirilsə də, düşmən üçün yetərli və dərs  olmadı. Əksinə,  daha da irəli gedilərək humanitar yönlü Laçın koridorundan istifadə edilərək silah-sursatların daşınması kimi yararlanıldı. Qarşı tərəfin bölgədə davamlı şəkildə törədilən təxribatlarına cavab olaraq ordumuz ərazilərimizdə, yəni, Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinə qarşı lokal xarakterli antiterror tədbirləri həyata keçirməyə başladı.

Lokal xarakterli antiterror tədbirləri Azərbaycanın hərb tarixində uğur salnaməsi kimi iz saldı. Bu əməliyyatlarla rəşadətli ordumuz  qanunsuz erməni silahlı birləşmələrinin ön xətt və dərinliklərdə olan mövqelərini, uzun müddətli atəş nöqtələrini, döyüş vasitələrini neytrallaşdırdı. Ərazilərimizdə  qeyri-qanuni fəaliyyət göstərən bu  xunta rejimin varlığına son qoydu və separatçı rejim ləğv edildi. Bununla da ölkəmizin ərazi suverenliyi bərpa olundu.

“Azərbaycan bununla göstərdi ki,  bir qarış ərazimizi də heç kimə verməyəcəyik. Lakin bu tədbirləri şərtləndirən bir sıra təxribatçı addımlar da  həyata keçirilirdi”.

Bunu Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, siyasi şərhçi İlyas Hüseynov mətbuata açıqlamasında deyib.

O, vurğulayıb ki, 44 günlük müharibədən sonra Azərbaycan ordusu əldə etdiyi təcrübəni bu tədbirlərdə bir qədər də genişləndirdi: “Bu gün Azərbaycan ordusu daha da peşəkar, daha da müasir və bütün döyüş-tapşırıqlarını yerinə yetirmək qüdrətindədir”.

Antiterror tədbirləri ölkəmizin zəfər salnaməsidir. Ötən il sentyabrın 20-də 24 saatdan da az müddətdə yekunlaş ildırım sürətli lokal xarakterli antiterror tədbirləri nəticəsində qısa müddətdə bütün istiqamət üzrə hərbi uğurlar əldə edildi. Bunun nəticəsidir ki, tam və qəti qələbəmiz bərqərar olundu.

Bununla da “Böyük Ermənistan mifi” cəhənnəmə varis oldu.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər