23.12.2024, 11:48
AZ EN
03.09.2024, 11:53 269

Ermənistan terroru dövlət səviyyəsində dəstəkləyir

YAZILAR
  • Çikaqo Universitetinin 21 yaşlı tələbəsi erməniəsilli Aram Bransın azərbaycanlılara qarşı istifadə etməyi planlaşdırdığı bombaları hazırlamaqda ittiham olunur. Bu barədə Amerika Birləşmiş Ştatlarının Federal Tədqiqat Bürosu məlumat yayıb. Hazırda o, Ermənistanda gizlənib və Ermənistan bu şəxsi himayə edir. Ermənistan tarixinin siyasi terrorlarla zəngin olduğunu nəzərə alsaq, bu hal heç də təəccüb doğurmur.

Erməni əsilli Aram Bransın sosial şəbəkələr vasitəsilə izləyicilərə bomba hazırlamağı öyrədib, bir qrup insanı necə formalaşdırmaq, idarə etmək, maliyyələşdirmək və silahlandırmaq yollarını əks etdirən videolar yayımlayıb. O, öz  videolarında Azərbaycan həbçisini və bir neçə azərbaycanlı siyasi xadimin də daxil olduğu potensial sui-qəst hədəflərini də açıqlayıb. Brans dünya üzrə Türkiyə və Azərbaycan diplomatik nümayəndəliklərinin yerləşdiyi yerlər haqqında məlumat almaq üçün internetdə axtarış aparıb. Hazırda isə bütün bu çirkin əməllərlə məşğul olan Aram Ermənistanda gizlənir. Yəni, Ermənistan, Azərbaycana qarşı faktiki olaraq siyasi terror hazırlamaq niyyətində olan şəxsi himayə edir.

Ermənistanın ötən dövr ərzində Azərbaycan xalqına qarşı törətdiyi siyasi terror hadisələrini yada saldıqda, indiki addımı heç də bizi təəccübləndirmədi.

“Ötən əsrin sonlarından başlayaraq, Bakı metrosunda və Bakı avtobuslarında, beynəlxalq nəqliyyat marşrutlarında həyata keçirilən terror fəaliyyətləri də bizə məlumdur. Bu gün də eyni siyasi xətt davam etdirilir. Bütün bunlar isə onu deməyə əsas verir ki, Ermənistan terroru dövlət səviyyəsində dəstəkləyir”. 

Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin sektor müsdiri, politoloq İlyas Hüseynov açıqlamasında deyib.

Xatırladaq ki, silahsız diplomatları qətlə yetirməkdə böyük təcrübəyə malik olan ermənilər hələ yüz il əvvəl Azərbaycan Demokratik Respublikasının lidertlərinə qarşı siyasi terror törədiblər. Belə ki, 1920-ci ildə deputat Fətəli Xan Xoyski, daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin parlament sədrinin müavini Həsən bəy Ağayev kimi ziyalı diplomatlarımız erməni siyasi terrorunun qurbanları arasında olub. Eləcə də, 1970-ci illərin əvvəllərində “ASALA” erməni terror təşkilatının Türkiyənin diplomatik korpuslarına qarşı törətdikləri terror aktları və partlayışlar nəticəsində onlarla görkəmli türk diplomatları, hətta onların ailə üzvləri belə amansızlıqla qətlə yetirilib.

Qeyd edək ki, federal səlahiyyətlilər Aram Bransla əlaqə saxlamaq üçün onu Amerika Birləşmiş Ştarlarına qayıtmağa və hüquq mühafizə orqanlarına izahat verməyə razı salmağa çalışsa da, o, geri qayıtmaqdan imtina edib. Belə qənaətə gəlinir ki, Ermənistan terror fəaliyyətini genişləndirməkdə maraqlıdır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər