21.11.2024, 16:29
AZ EN
30.08.2024, 11:40 255

Xankəndi – Ötən ilin bu vaxtları...

YAZILAR
  • Ötən ilin bu vaxtları Ermənistan hakimiyyəti Xankəndidə yaşayan əhalinin guya humanitar böhran yaşadığını dünyaya car çəkirdi. Azərbaycan humanitar matraq qıtlığı aradan qaldırmaq üçün qarşı tərəfə ərzaq və yanacaq yardımı göndərdi. Amma onlar bu yardımı qəbul etmədi. Ünvana çatmaq üçün günlərlə gözləyən un dolu “Tır”ları, yəqin ki, hamı xatırlayır. Sözdə, “aclıq yaşayırıq”,- dedilər, lakin yenə də göndərdiyimiz məhsulları qəbul etmədilər.

Bu azmış kimi, başda Fransa olmaqla, Qərb ölkələri də separatçılara dəstək çıxırdı. Hətta BMT Təhlükəsizlik Şurası Laçın-Xankəndi yolunun bağlanmasından sonra yaranmış humanitar böhranın müzakirəsi üçün təcili iclas da keçirdi. Azərbaycanın BMT-dəki nümayəndəsi isə həmin iclasda dünyanın gözü qarşısında Ermənistanın şou yaratdığını sübutlarla göstərdi. BMT-dəki daimi nümayəndəmiz Yaşar Əliyev Ermənistan və onun havadarlarını Xankəndidə yaşayan ermənilərin toy mərasimləri, əyləncə məclisləri keçirib sosial şəbəkələrdə paylaşdığı fotolarla susdurdu.

Sosial Tədqiqat Mərkəzinin sektor müdiri, siyasi şərhçi İlyas Hüseynov deyir ki, separatçı ermənilər elə düşünürdü ki, yalançı blokada şousu ilə dünyanı aldadıb Azərbaycana təzyiq edəcəklər. Amma bu, mümkün olmadı.

Politoloq sonra vurğulayıb ki, Qərb siyasətçilərinin qərəzli münasibətləri də hiss olunurdu: “Azərbaycanın göndərmək istədiyi humanitar yükləri qəbul etmirdilər və türkün çörəyini, türkün yardımını qəbul etmək istəməyən separatçılar məhz bu şounu davam etdirməkdə maraqlı idilər. Bunun fonunda Xankəndidə kafe və restoranlarda dəbdəbəli bir həyatın davam etdiyinin şahidi olurduq”.

Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağdakı qordarma rejimin yaradılmasının il dönümü münasibətilə təbrik məktubu yazması isə bardağı daşına son damla oldu.

“Lokal xarakterli antiterror tədbirləri də müdrik Liderimizin çox doğru bir zaman seçməsi ilə icra olundu. Bir gündən müddət ərzində Azərbaycanın Şanlı ordusu bütün hərbi tapşırıqları böyük uğurla yerinə yetirdi. Eyni zamanda beynəlxalq humanitar hüquq, Cenevrə Konvensiyası və onun əlavə protokollarına ciddi intizamla riayət olundu”,- deyə İlyas Hüseynov əlavə edib.

Bir sözlə, bütün erməni təxribatları Azərbaycan ordusunu lokal xarakterli antiterror əməliyyatlar keçirməyə məcbur etdi. 24 saat davam edən tədbirlər nəticəsində qarabağdakı qeyri-qanuni erməni silahlılarının döyüş mövqeləri dağıdıldı və separatçılar ay bayraq qaldırmağa məcbur oldular. Azərbaycan düşmənə layiqli cavab verdi və separatçı rejimi tarixin arxivinə yolladı.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər