24.04.2025, 18:16
AZ EN
13.01.2023, 09:47 470

Samir Hümbətov: “Paşinyan burada bir neçə əsas məqsəd güdür”

YAZILAR
  • Ermənistanın baş naziri Nikol Paşinyan açıqlamalarında Qarabağ ermənilərinə bildirib ki, daha təmkinli olmalıdırlar və hadisələrin gedişatını səbrlə izləməlidirlər.

Siyasi şərhçi Samir Hümbətov Paşinyanın açıqlamasını şərh edərkən bildirib ki, Nikol Paşinyan burda bir neçə əsas məqsəd güdür: “Birinci ondan ibarətdir ki, əlbəttə, Paşinyan dərk eləyir ki, Qarabağ ermənilərinin orada hər hansı bir hərəkətlər etməsi əslində Rusiya və eyni zamanda Rusiyanın Qarabağa göndərdiyi misioner, yəni Rusiyanın maraqlarını güdən Ruben Vardanyanın və Arayik Artunyanın maraqlarına xidmət edən addımlar kimi  qələmə veriləcək”. 

S.Hümbətov qeyd edib ki, Qarabağ erməniləri əlbəttə ki, bundan sonra da Azərbaycanla eyni qədəri yaşamağa borcludur və yaşamalıdır. Paşinyan bir növ onlara xəbərdarlıq etməklə, yəni, çağırış etməklə əslində bildirmək istəyir ki, Arayik Artunyan da, RubenVardanyan və digər separatçılar da gec-tez bu ərazilərdən çıxıb gedəcəklər:“ Hətta Rusiya da çıxıb gedəcək, siz qalacaqsınız və Azərbaycanla orda yaşayacaqsınız. Çalışın ki, münasibətləri daha gərgin vəziyyətə gətirməyəsiniz və nəticədə də, növbəti dövrlərdə Azərbaycanla və azərbaycanlılarla hər hansı bir münaqişəniz və probleminiz olmasın ki, mehriban şəkildə yaşaya biləsiniz”.

Politoloqun sözlərinə görə Paşinyan başa düşür ki, bu ərazilər Azərbaycanın ərazisisdir: ”Artıq Paşinyan dəfələrlə hən Təhlükəsizlik Şurasının iclasında, həm BMT Baş Assambleyasının 77-ci sessiyasında, həm də  digər qurumlarda Qarabağın Azərbaycanın tərkib hissəsi olması ilə bağlı açıqlamalarını verib və bildirib ki,  beynəlxalq ictimaiyyət də bunu belə tanıyır. O baxımdan, düşünürəm ki, Paşinyanın Qarabağ ermənilərinə verdiyi mesaj ondan ibarətdir ki, yəni, bu ərazilər Azərbaycanındır. Azərbaycan sizə orada yaşamaq hüququ, rahat fəaliyyət  hüququ verirsə, məsələni daha çox gərginləşdirib hansısa bir dövlətlərin, güclərinin köləsi olmaqdansa, daha yaxşı olar ki, təmkinli olasınız, Azərbaycanla dil tapasınız, normal  yaşayasınız”. Politoloq şərhində onu da vurğulayıb ki, Paşinyanın açıqlamasının başqa bir tərəfi də var ki,  Paşinyan bununla həm də demək istəyir:  “Baxın, Rusiya da sizi qızışdırıb ortaya ata bilər, Rusiyanın bura göndərdiyi Ruben Vardanyan da sizi qızışdırıb öz maraqları naminə sizdən istifadə edə bilər, hətta sizi Fransanın təhrikinə uyan, Fransaya taha tez “qucaq açan” Arayik Artunyan və digərləri də bunu edə bilər. Lakin siz bütün bunlara aldanmayın, çalışın ki, Ermənistandan yox, Azərbaycandan imdad diləyəsiniz”.

S.Hümbətovun dediyinə görə, Paşinyan yaxşı başa düşür ki, R.Vardanyan ümumiyyətlə, siyasətdən anlayışı olmayan bir biznesmendir: “Qara biznesmen olsa da, çirkli pullarla məşğul olsa da, amma bisnesmendi. Onun siyasi savadı yoxdur, siyasi düşüncə tərzi ümumiyytələ yoxdur. Yəni, o, sadəcə olarq biznes maraqları naminə həmin Qarabağ ermənilərindən istifadə edir. Paşinyan həm də Ruben Vardanyanı gələcəkdə özünə potensial rəqib kimi gördüyü üçün bu məsələni elə indidən pozmağa, onu sıradan çıxarmağa və gələcəkdə  ona qarşı qaldıracaq qüvvəni indidən zərərsizləşdirməyə çalışır. O istəyir ki, həm Ruben Vardanyan sıradan çıxsın, həm Qarabağ erməniləri Ermənistandan gözünü çəkib Azərbaycana yönəlsin və özünün hakimiyyətini daha da möhkəmləndirə bilsin.

 “Paşinyan bu mesajı verməklə həm də Azərbaycana bir növ ismarıc göndərir ki, yəni baxın, mən də sülh çağırışları etmək istəyirəm, amma Rusiya və onun əlaltıları buna imkan vermək istəmir”-, deyə politoloq vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər