«İrəvanı sülh ilə alacaqlar» başlıqlı yazıda göstərilir ki, 3 çağırış Azərbaycan Milli Məclisinin deputatı olan və hazırda İnsan Haqları Komissiyasının (Komitə - N.Q.) sədri işləyən Zahid Oruc Ermənistan-Azərbaycan münasibətləri barədə danışarkən deyib ki, «xalqlar əbədi düşmənçilik və müharibə şəraitində yaşaya bilməz… Şuşanı müharibə ilə aldıq. İrəvanı sülhlə alacağıq». «Hraparak» azərbaycanlı deputatın xoşməramlı fikirlərini ermənilərə xas riyakarlıqla şərh edib. Göstərilir ki, Azərbaycan ictimaiyyəti daim müharibə əhval-ruhiyyəsi ilə yaşayır və Ermənistana qarşı daha böyük hücumlar etmək niyyətindədir. Ermənistanın guya sülh tərəfdarı olduğunu bildirən agentlik belə bir fikir də yayıb ki, Nikol Paşinyanın rəhbərlik etdiyi iqtidar ölkəni getdikcə zəiflədəcək və Azərbaycan bundan istifadə edərək təkcə Zəngəzurla bağlı deyil, digər ərazilərlə bağlı planlarını da həyata keçirəcək, nəticədə İrəvan müharibəsiz təslim olacaqdır.
Təki Belə olsun!
Nəsib QARAMANLI