“Burda bir geopolitik qarşıduma da özünü göstərir. Çünki Pakistan ilə Hindistan arasında olan uzun illər ərzində rəqabətlər, ziddiyyətlər, ərazi məsələləri, problemlər mövcuddur”.
Bunu Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov “ARB24”-ə açıqlamasında deyib. Oəlavə edib ki, digər tərəfdən Pakistanın Azərbaycana olan dost-qardaş münasibəti həm də Hindistanı vadar edir ki, Pakistan əleyhinə bu ziddiyyətlər burulğanında Ermənistan dəstəklənsin: “İstənilən halda, bu Cənubi Qafqazda təhlükəsizlik sistemini pozur. Bu, arxitektura Hindistan tərəfindən pozulmaqdadır”,- deyə politoloq fikrini tamamlayıb.
Siyasi şərhçilərin sözlərinə görə, indi regionla bağlı məsələlərdə aktivlik göstərməyə çalışan bölgənin geosiyasi vəziyyətinə daxil olmağa can atan Hindistan xüsusilə son 4 ildə Ermənistanın yeni tətəfdaşına çevrilib. Təsadüfi deyil ki, rəsmi Dehlinin İrəvana silah ixracı hələ İkinci Qarabağ müharibəsindən əvvəl, dörd ədəd ”Svakeradar” sisteminin satılmasıyla başlayıb. Hətta müharibədən 11 ay sonra 30 illik İrəvan yeni Dehli diplomatik münasibətləri tarixində Hindistanın xarici işlər naziri ilk dəfə 2021-ci ilin oktyabrında Ermənistana səfər edib. 2022-ci ildə isə iki ölkə 250 milyonluq dollarlıq silah müqaviləsi imzalayıb.
Tahirə AĞAMİRZƏ