19.06.2025, 00:48
AZ EN
20.12.2022, 16:14 338

Reallığı dərk edənlər də var

YAZILAR

Soydaşlarımızın son günlərdə Şuşa-Laçın yolunda dinc aksiya keçirməsi Ermənistanda ciddi narahatlıqlar yaratmağa və müxtəlif fikirlər səsləndirməsinə səbəb olub. Azərbaycanımızın irəli sürdüyü sülh müqaviləsi şərtlərinin bəzi ermənilər tərəfindən sükutla qarşılanması «Joğovurt» qəzetinin dekabrın 20-də çap etdiyi baş məqalədə iqtidarın razılığı kimi dəyərləndirilir. Müxalif deputat Tiqran Abrahamyan isə bununla bağlı öz feysbuk səhifəsində yazıb ki, Azərbaycanın təklif etdiyi təkliflər pis, özü də çox pis təkliflər adlandırıla bilər. Sonra əlavə edib ki, onların nə istədikləri tam aydın deyil. Paşinyanın komandasından olan deputatlar isə susqunluq nümayiş etdirməklə həmin şərtlərlə razı olduqlarını göstərirlər. Hazırda beynəlxalq aləmdə də vəziyyətin əvvəlki kimi olmadığını, ona görə də Azərbaycana təzyiq göstərilmədiyini xüsusi bildirən erməni deputat Qarabağda son vaxtlar yaranmış gərginlikdə Ermənistan hakimiyyətinin məsuliyyət daşıdığını vurğulayaraq əlavə edir ki, Azərbaycan mövcud şəraitdən istifadə etməklə öz məqsədlərini reallaşdırmağa doğru gedir.

Qeyd edək ki, politoloq Roman Koçaryan da hazırkı durumu şərh edərkən Azərbaycanın tələblərinin hamısına olmasa da, bəzilərinin həyata keçirilməsinin, bölgədə sülhün və əmin-amanlığın təmin edilməsinin hər iki ölkə üçün faydalı olduğunu Youtubda yayımlanmış müsahibəsində xüsusi vurğulayıb və bu, bəzi ermənilər tərəfindən müsbət şərhlərlə qarşılanıb. Demək, gec də olsa Ermənistanda reallığı dərk edənlər də var.

Nəsib QARAMANLI

Oxşar xəbərlər