23.12.2024, 07:08
AZ EN
01.08.2024, 15:31 320

Haylar vuruşmaq öyrənmək istəyir?

YAZILAR
  • Bu gün Ermənistan hökumətinin növbəti iclası olub. Baş nazir məzuniyyətdə olduğuna görə iclası birinci müavini Tiqran Xaçatryan aparıb.

Bu xəbəri paylaşan "Hraparak" bildirib ki, iclasda 3 qapalı olmaqla 30-dan çox məsələ barədə, ən çox isə Ermənistanla beynəlxalq banklar arasındakı məsələdən danışılıb və bununla bağlı müvafiq anlaşmalar olduğu diqqətə çatdırılıb. Sözügedən mətbuat orqanı həmçinin bildirib ki, iclasda sentyabrın 15-dən dekabrın 15-dək ehtiyatda olan əsgər və zabitlərin təlim-məşq toplanışlarının keçirilməsi üçün qərar qəbul edilib.

"Hraparak"ın bu mövzuda olan başqa bir paylaşımında isə bildirilib ki, müdafiə nazirinin birinci müavini, baş qərargah rəisi başda olmaqla bir qrup yüksək rütbəli hay zabit Londonda hər il keçirilən quru qoşunlarının döyüş taktikasına həsr olunmuş tədbirdə bu il ilk dəfədir ki, iştirak edib. Əlavə olunub ki, baş qərargah rəislərinin görüşündə ikitərəfli əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Rusların döyüş taktikasını mənimsəməyə qadir olmayan haylar, deyəsən, necə vuruşmağı indi də ingilislərdən öyrənmək istəyirlər. Amma bu da faydasız olacaq. Çünki, atalar məsəlində deyildiyi kimi quyuya su tökməklə dolan deyil. Ermənilərin döyüşə bilməmələri də öz genləri ilə bağlıdır. Bu həqiqəti bəzi haylar da etiraf ediblər.

N.Qaramanlı

Oxşar xəbərlər