İclasda Regionda baş verən proseslər, xüsusilə Laçın dəhlizindəki vəziyyət müzakirə edilib.
Paşinyanın Təcili olaraq Təhlükəsizlik Şurasının iclasını çağırması da onun sözügedən aksiyadan və onun nəticəsindən nə dərəcədə qorxduğunun göstəricisidir.
İclasda Təhlükəsizlik Şurasının daimi üzvləri ilə yanaşı, Prezident Vahaqn Xaçatryan, spiker Alen Simonyan, Baş nazirin aparat rəhbəri Araik Harutunyan və parlamentin "Vətəndaş Müqaviləsi" fraksiyasının rəhbəri Ayk Koncoryan iştirak edib.
Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri Rusiya sülhməramlılarının Şuşa şəhəri yaxınlığındakı postu yanında etiraz aksiyası keçirirlər. Onlar azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər. Etiraz aksiyası ikinci gündür ki, davam edir.
Sevda SÜLEYMANOVA