Bunu Siyasi Elmlər doktoru, professor Elşad Mirbəşiroğlu Az-TV-yə açıqlamasında deyib.
E.Mirbəşiroğlu qeyd edib ki, bu gün bütövlükdə dünya səviyyəsində müşahidələrimizin də göstərdiyi kimi, siyasi proseslərdə ciddi bir turbulentlik müşahidə edilməkdədir: “Qeyd etdiyim kimi, Cənubi Qafqaz regionu da bu turbilentliyə həssas reaksiya nümayiş etdirməkdədir. Nəzərə almaq lazımdır ki, regionun münaqişə potensialı tarixən yüksək olub. Regionda münaqişə amilinin qalması regiondan kənar yerləşən dövlətlərin maraqlarına cavab verir. Çünki münaqişə amilini istifadə edərək onlar regionda özlərinin siyasi və hərbi mövcudluqlarını təmin ediblər. 2020-ci ildə Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad edən zaman Qərb ölkələrinin bunu süngü ilə qarşılamasına diqqək çəkən politoloq bildirib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şursı tərəfindən 4 qətnamə qəbul edildi: “O qətnamələrin qəbul edilməsi səbəbi Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti idi. Orada tələb olunurdu ki, Ermənistan silahlı birləşmələri Azərbaycan ərazilərini tərk etsinlər. Amma BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş bu qətnamələr kağız üzərində qaldı. Nəhayət, Azərbaycan 2020-ci ildə qətnamələrin icrasını həyata keçirdi. Məntiqlə, BMT Təhlükəsizlik Şurası Azərbaycana öz təşəkkürünü ifadə etməli idi, lakin biz bunun əksini gördük. BMT Təhlükəsizlik Şurası çərçivəsində nə az, nə çox düz 7 dəfə Azərbaycana qarşı müzakirə təşkil edildi. Ölkəmizə qarşı qərəzli qətnamələrin qəbul edilməsinə cəhdlər edildi. Biz anoloji yanaşmanı Avropanın müxtəlif platformalarında gördük. ABŞ-ın Konqresində gördük. Bütün bunlar bir daha sübut edir ki, bəlli dairələr Cənubi Qafqaz regionunun münaqişələrdən azad olunmasını heç vaxt istəməyiblər. Ayrıca olaraq da Azərbaycan dövlətinin, dövlət başçımızın strateji baxışlarına uyğun olaraq, tam müstəqil, öz milli maraqlarına uyğun siyasət həyata keçirməsini də həzm etməyiblər”.
E.Mirbəşiroğlu daha sonra vurğulayıb ki, biz hər zaman müşahidə edirik ki, Amerika Birləşmiş Ştatları rəsmləri bunu gizlətmək marağında deyillər ki, onlara idarə olunan rejimlər lazımdır və onlar tərəfindən müxtəlif ölkələrdə təşkil olunan hakimiyyət çevrilişləri də idarə olunan rejimlərin formalaşdırılmasına hesablanıb: “2018-ci ildə bu, Ermənistanda artıq baş verdi və Paşinyan vəzifəyə gətirilərkən onun qarşısına qoyulan əsas missiyalar ondan ibarət idi ki, Ermənistan Rusiya ilə münasibətlər sistemindən tamamilə uzaqlaşdırılsın. Eyni zamanda Cənubi Qafqaz regionunda gərginlik elementləri saxlanılsın. Əslində Paşinyanın sülh ritorikasının özü paradoksal səslənsə də, Cənubi Qafqaz regionunda münaqişə elementlərinin yenidən formalaşdırılmasına hesablanıbdır”.
Cənubi Qafqaz regionunda hazırda kövrək də olsa, yeni təhlükəsizlik mühitinin formalaşmasından bəhs edən politoloq bildirib ki, bu, Azərbayan Prezidentinin iradəsi ilə formalaşıb: “Azərbaycanın hər zaman praqmatiq yanaşması ondan ibarət olub ki, Cənubi Qafqaz regionundakı vəziyyət region ölkələrinin əməkdaşlıq kontekstində idarə olunmalıdır.Yəni Cənubi Qafqaz regionunda regional təhlükəsizlik sisteminin yaradılması istiqamətində bu gün Azərbaycanın atdığı praktiki addımlar çox təsirlidir. Region ölkələri də sözsüz ki, Azərbaycanın atdığı addımların əhəmiyyətini çox aydın dərk edir. Yenə də Azərbaycan Prezidenti dəfələrlə qeyd edibdir ki, Azərbaycan-Rusiya münasibətləri Cənubi Qafqaz regionunda təhlükəsizliyin əsas amillərindən biri rolunda çıxış etməkdədir.Əlbəttə ki, Azərbaycan-Rusiya münasibətlərinin xarakteri region dövlətləri üçün bir nümunədir. Yəni Cənibi Qafqaz regionunda təhlükəsizlik məsələlərinə Azərbaycanla Rusiyanın yanaşmaları çox oxşardır. Başlıca oxşarlıq ondan ibarətdir ki, region problemi, regionun təhlükəsizlik məsələləri region ölkələri tərəfindən öz həllini tapmalıdır, müzakirə olunmalıdır. Sözsüz ki, kənar dairələrin Cənibi Qafqaz regionunda mövcudluğu, hərbi-siyasi mövcudluğu əməkdaşlıqla bağlı, konstruktiv yanaşmaları varsa, sözsüz ki, Azərbaycan belə yanaşmaları hər zaman dəstəkləyir və əməkdaşlığı inkişaf etdirir. Amma bizim müşahidələrimiz göstərir ki, Cənibi Qafqazla bağlı Qərbin yanaşmaları region üçün təhlükəli nəticələrdən xəbər verir. Belə olan halda biz hər şeydən öncə nəyi etməyə çalışdıq və nəyə nail olduq? Azərbaycan-Ermənistan münasibələrinin normallaşdırılması məsələlərinə kənar mdaxilələri minimuma endirməyi bacardıq. Məsələn, artıq Astanada müzakirələrin keçirilməsi bu istiqamətdə atılan çox təsirli addımlardan biri idi və yaxud da ki, ötən ilin dekabr ayında Azərbaycanla Ermənistan arasında birbaşa dialoqun nəticələrinin göz önündə olması Azərbaycanın atmış olduğu və sərgiləmiş olduğu mövqelərin nəticəsi idi. Bu baxımdan, Cənubi Qafqaz regionunda indiki geosiyasi konfiqursiya çərçivəsində Azərbayanla Rusiya arasındakı münasibətlərin xarakterləri: birincisi, Cənubi Qafqaz regionunda təhlükəsizlik arxitekturasının qurulması prosesinin davam etdirilməsini şərtlənidirir. İkincisi, Azərbaycanın yaxından iştirakçılığı və birbaşa təşəbbüsü ilə yeni regional əməkdaşlıq platformasının qurulması ideyasına dəstək verir. Çünki yeni əməkdaşlıq platforması region ölkələri arasında dialoq mühitini də yeniləmiş olacaq. Əgər dialoq mühiti yenilənirsə, qeyd etdiyim kimi, yeni geosiyasi reallıqlar çərçivəsində təhlükəsizlik məsələlərinin həlli yeni keyfiyyət mərhələsinə qalxmış olacaq. Qafqaz regionu yenə də Azərbaycanın təşəbbüsləri və yaxından iştirakçılığı artıq strateji əhəmiyyətli layihələrin həyata keçirildiyi bir bölgəyə çevrilib. Regiondan keçən nəqliyyat dəhlizləri regionun həm siyasi mənada, həm də geoiqtisadi mənada əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır. Ona görə ki, regiondakı layihələr çox mühüm, çox geniş təchizat bazarlarının təmin olunmasında birbaşa rol oynayır. Bu mənada Azərbaycan bir daha öz mərkəzi iştirakçılığını təsdiq etmək istəyir. Bu, bizə nə verir? Bu, bizə həm siyasi cəhətdən milli maraqlarımızı daha inamla müdafiə etmək imkanı verir, təsir imkanlarını verir. Ayrıca olaraq da üzərimizə olan əsassız, siyasi hücumları önləmiş olur”.
E.Mirbəşiroğlu onu da əlavə edib ki, 2023-cü ildə Azərbaycan bütün ərziləri boyunca suverenliyini təmin etdikdən sonra bilirik ki, ölkəmizə qarşı məkirli planın hazırlanması daha da genişlənmişdir, amma artıq gizli xarakter almışdır: “Məsələn, aprel ayının 5-də Brüsseldə Ermənistanın baş naziri ABŞ Dövlət katibi və Avropa komissiyasının rəhbərinin keçirmiş olduğu görüşdən sonrakı hərəkətlənmə də bunu deməyə əsas verir. Belə olan halda Azərbaycanın haqlı, düzgün, məntiqli ynaşması ondan ibaətdir ki, region ölkələri çox diqqətli olmalıdırlar. Təhlükəsizlik məsələlərinin həlli istiqamətində fəaliyyətlərini koordinsiya etməlidirlər və sözsüz ki, öz aralarında da əməkdaşlığı daha da intensivləşdirməlidirlər ki, kənar təhlükəli müdaxilələrdən regionu qorusunlar”.
Hazırladı: Tahirə AĞAMİRZƏ