Belə ki, fevral ayında keçirilmiş prezident seçkiləri ilk dəfə idi ki, işğaldan azad olunmuş ərazilərimizi də əhatə edirdi. Bu, müsbət ənənə hazırda Milli Məclisə seçkilərlə bağlı proses də eyni əhvalda özünü göstərir. Seçicilər Şuşada, Laçında və digər işğaldan azad olunmuş ərazilərimizdə öz deputatlarını seçəcəklər.
Milli Məclis seçkisinin ilk mərhələləri deməyə əsas verir ki, Azərbaycan bir daha demokratik seçki nümunəsi göstərəcək.
“Milli Məclis seçkiləri kifayət qədər ədalətli, demokratik şəraitdə keçiriləcək. Seçki prosesinin ilk mərhələləri, namizədlərin qeydə alınması prosedurları bu qənaəti bir daha möhkəmləndirir”.
Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, indiki seçkilər nəticəsində formalaşacaq yeni parlament Azərbaycanın qarşısında duran strateji hədəflərə çatmaq üçün töhfələr verəcək: “Düşünürəm ki, Azərbaycan parlamenti qanunvericilik aktlarının təkmilləşdirilməsi, yeni qanunların qəbul olunması ilə öz missiyasını yerinə yetirəcək, həm də Azərbaycan reallıqlarının dünyaya təqdimatı üçün öz potensialından maksimum yararlanacaq”.
Tahirə AĞAMİRZƏ