23.12.2024, 05:29
AZ EN
24.07.2024, 08:35 333

Ermənistan ərazi iddialarına hüquqi müstəvidə son qoymalıdır

YAZILAR
  • Rəsmi Bakı dəyişməz və aydın mövqeyini bir daha dünyaya sərgilədi. Belə ki, Azərbaycan Ermənistanı COP29 qlobal sammitinə dəvət etdi. Dəvət hələ də rəsmi diplomatik əlaqələri olmayan Azərbaycanın İrəvanla on illərdir davam edən münaqişəyə son qoymaq üçün sülh naminə atdığı növbəti addımıdır. Politoloqlar hesab edirlər ki, bu xoşməramlı jest Ermənistan tərəfindən də məramınca qiymətləndirilməli və artıq sülh yolunda addım atılmalıdır.

“Azərbaycan sülhə sadiq, təhlükəsizlik sisteminin gücləndirilməsinin tərəfdarı və Vətən müharibəsində qalib gəlməsinə rəğmən Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində 5 maddəlik prinsipləri irəli sürən tərəfdir”. Bu sözləri politoloq İlyas Hüseynov “Xəzər-Xəbər”-ə açıqlamasında deyib. O, bildirib ki, digər tərəfdən Avropa siyasi icmasının Londonda keçirilən IV Zirvə toplantısında  Azərbaycan Lideri ilə Ermənistan lideri arasında görüş planlaşdırıldı və burada  Böyük Britaniyanın vasitəçilik təşəbbüsü ilə görüş keçirilə bilərdi. Ermənistanın baş naziri Nikol Paşinyan isə  bu görüşdən imtina etdi: “Bu da göstərir ki, Ermənistan sülhə sadiq  deyil və bu görüşdən imtina olunması ilə sülh prosesinə, sülh gündəliyinə böyük zərbə vurur”.

Politoloq İlyas Hüseynovun sözlərinə görə, vaxtilə Azərbaycanın xeyrinə COP29-a namizədliyini geri götürən Ermənistanın dəvətə qarşılıq verməməsi regionda gərginliyin artmasına səbəb ola bilər:

“Önəmli, qlomal əhəmiyyətli tədbirə qatılmaması baş verərsə, şübhəsiz ki, bir daha təsdiq olunacaq ki, Ermənistan sülhdə maraqlı deyil və kənar geosiyasi oyunçuların sifarişlərini regionda yerinə yetirir. Eyni zamanda Kəlbəcər istiqamətində  bizim mövqelərimizin atəşə tutulması da göstərir ki,  Ermənistan regionda gərginliyin arıtırılması və eskolasiya risklərinin axtarılması istiqamətində addımlar atan gücləri dəstəkləyir və burada geopolitikanın  yalnız obyektinə çevrilmiş vəziyyətdədir”.

Politoloq daha sonra əlavə edib ki,  Ermənistan müstəqil dövlət kimi sülhə maraqlı olduğunu isbat etmək istəyirsə, ərazi iddialarına hüquqi müstəvidə son qoymalı, həmçinin sülh istiqamətində addımlar atmalı, siyasi manipuliyasiyalara aldanmamalıdır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər