Politoloq Elxan Şahinoğlu bunu mövzuya münasibət bildirərkən deyib.
O, əlavə edib:
Nikol Paşinyan gələn ilin iyun ayında keçiriləcək parlament seçkilərinə hazırlaşır. O erməni cəmiyyətinə Azərbaycanla sülhün vacibliyini təlqin etdiyi halda, radikallar, o cümlədən kilsə bunun əleyhinə çıxırlar. Yüklərin Azərbaycan üzərindən daşınmağa başlanılması Paşinyanın tərəfdarlarının sayını artırmalıdır. Təsadüfi deyil ki, erməni rəsmilər bir ağızdan Azərbaycan Prezidenti İlham Əliyevin qərarını alqışlayıblar. Paşinyana qarşı radikal mövqedə olanların arqumenti zəiflədi. Onlar deyə bilməzlər ki, Azərbaycan üzərindən tranzit yükləri qəbul etməyin".
Tahirə AĞAMİRZƏ