Avropanın ərazi baxımdan üçüncü böyük ölkəsində qəribə hadisələr ard-arda baş verir. İyunun 30-u və iyulun 7-də keçirilən II turdan ibarət parlament seçkisinin birinci mərhələsi ultura sağçıların qələbəsi ilə yekunlaşdı. Fransa parlamentinə keçirilən seçkinin II turunda isə yenə solçu xalq cəbhəsi qələbə qazanaraq sensansiya yaratdı. Fransada keçiriləcək seçkidə heç bir partiya demək olar ki, təkbaşına hökuməti qurmaq üçün lazım olan çoxluğu əldə edə bilmədi. Ölkədə daxili parçalanma baş alıb gedir. Bir yanda Jann Luk Levansonun solçu yerə Xalq cəbhəsi, bir yanda prezident Emmanuel Makron tərəfdarları və digər yanda Ultura sağçı Maria Lepenin Milli cəbhəsi. Nə Makron nə də Melanşon Lepenlə ittifaq qurmaq istəyir. Melanşon Makronla ittifaq qurmaq istəmədiyini açıq şəkildə bildirib. Görünən odur ki, Fransız xalqı hökuməti bir növ çaşdırarq sağ göstərib sol vurdu. Parlament seçkisində mütləq zəfərin qazanılmaması isə fransa da hökumətin qurulmasını xeyli çətinləşdirdi. Təbii ki, baş verənlər Makron üçün artıq fəlakət mənasına gəlir. Fransanın paytaxtı Parisdə isə seçkidən sonra kütləvi etiraz aksiyaları başlayıb. Paris demək olar ki, od-alova qərq olub. Amma nəzərə almaq lazımdır ki, Fransada prezidentin səlahiyyəti var ki, bir il sonra ölkədə yenidən parlament seçkisinə getsin. Ümumilikdə demək olar ki, Fransanı çox ağır böhran gözləyir. Ölkə bu böhranı aşmaq üçün növbədənkənar seçkiyə yenidən getməlidir ki, bu, yaxın gələcəkdə çox da mümkün görünmür.
“Fransa prezidenti Emmanuel Makronu parlamenti buraxmağa vadar etdi və zənn edirdi ki, burada öz mövqelərini daha da gücləndirəcək və özünə uyğun olan bir parlament formalaşacaq. Amma gözlənilən baş vermədi”. Bu fikirləri politoloq İlyas Hüseynov açıqlamasında ifadə edib. O, qeyd edib ki, Makronun siyasi hərəkatı da burada uğurla Makronu başa çatdırmadı: “Reallıqları, əlbəttə ki, Fransanın lideri anlamalıdır, başa düşməlidir ki, daxili və xarici siyasətdə uğursuzluqlar özünü seçki prosesində də göstərir”.
Ən az Fransa qədər bu vəziyyətdən narahat olan başqa bir ölkə isə Ermənistandır. Təbii ki, İrəvan özünə görə narahatdır. Çünki Fnarsanın bundan sonra xarici siyasətində hansı addımlar atacağı, xüsusilə İrəvanla bağlı nə edəcəyi böyük bir sual altında gizlənib. Bəzi şərhçilərin sözlərinə görə, ölkənin Cənubi Qafqaz siyasətində ciddi redaktələrin yarana bilmə ehtimalı var. Bu hal isə Ermənistanı qeyri-müəyyənliyə sürükləyən amildir.
Hazırladı: Tahirə AĞAMİRZƏ