22.11.2024, 05:57
AZ EN
15.04.2024, 15:34 240

Qərb separatçıları Ermənistan hakimiyyətinə qarşı qaldırır

YAZILAR
  • Uzun illər başqalarının hesabına torpaqlarımızı zəbt edib orda özlərinə ibarətlər ucaldan, ata malları kimi sərvətlərimizi talayan, 44 günlük müharibədən əvvəl isə bizə hədə-qorxu gələn erməni dığaları bu gün Qərbin arxasında gizlənib. Azərbaycandan qorunmaq üçün yardım istəyir. Vaxtilə Qarabağ torpağında at oynadan  separatçılar elə Arutunyan da, quqasyan da, xaçaturyan da, və digər yanlar da bu gün dəmir barmaqlılar arxasında cücəyə dönüblər. Kömək gözləyirlər arvopalı ortaqlarından. 30 il xalqımıza mənəvi istirab yaşadanlar hazırda xilas olmaq üçün hər bazarlığa gedə biləcəklərini gözləyirlər. Lakin qatar getdi. Geriyə yol yoxdur. Vaxtilə əkdiklərinizi bu gün biçmək zorundasınız. Azərbaycan qanunlarına sayğı göstərmək əvəzinə Avropadan, Amerikadan kömək gözləməyiniz hələ də ağıllanmadığınızı göstərir. Sizin 30 il idarə etdiyiniz erməni kütləsi Laçın postunu keçəndə bir, İrəvanda fərqli mesajlar verəndə aydın oldu ki, heç vaxt ağıllanmayacaqsınız.

Qarabağ mövzusunu beynəlxalq gündəmdən çıxarmaqla, Qərbi isə indi Qarabağdan çox Ermənistanın taleyi düşündürür.

“Ermənistana edilən yardımlar bu ölkəni sülhə təşfiq etmir, əksinə əks istiqamətdə daha çox təhrikçi bir stiuasiyanın formalaşmasına zəmin yaradır ki,  biz də bunun nəticələrini Ermənistanın son davranışlarında görməkdəyik. Nəticə etibarilə Ermənistan cəmiyyəti, Ermənistanın siyasi hakimiyyəti tərəfindən Brüsseldə keçirilən görüşün, verilən vədlərin fərqli istiqamətdə anlaşıldığından xəbər verir”. Bunu Az.TV-yə açıqlamasında siaysi şərhçi Elçin Mirzəbəyli deyib.

Ermənistana təklif edilən yardımlar deyəndə Avropa İttifaqı tərəfindən gələcək 270 milyon avro, eləcə də Amerika Birləşmiş Ştatlarıının 65 milyon dollarlıq maliyyə yardımından danışırıq və biz o maliyyə yardımlarının nələrə səbəb ola biləcəyini 80-ci illərin sonlarından “Miatsum” ideyalarından gördük. Hətta Qarabağın separatçılara məskən olduğunu bütün dünya müşaiət etdi. Bu mifi qırıb, separatçıları gizləndikləri yuvlarından tək-tək çıxarıb Qarabağ üzərində saysız-hesabsız planlar qurub min cür oyun oynayanların arzularını gözlərində qoya bildik.

Politoloq daha sonra əlavə edib ki, müəyyən dairələr Azərbaycanın öz əraziləri üzərində suvern hüquqlarını bərpa etməsi ilə bağlı  razı deyillər. Çünki separatizm kartı onlara imkan yaradırdı ki, separatizmin dəstəklənməsi və stimullaşdırılması, daha sonra isə  insan hüquqları azadlıqları üzərindən Azərbaycana qarşı təzyiq mexanizlərini işə salsınlar. Amma separatizmə son qoyulması bu kartı əllərindən aldıqları üçün nəticə etibarilə prosesin Ermənistan ərazisindən həyata keçirməsinə cəhd göstərirlər”.

Qondarma Dağlıq Qarabağ respublikasının sonuncu “rəhbəri” Samvel Şahramanyanın dövlət içində dövlət yaratma meyllərindən danışırıq. Hansı ki, Şahramanyana Ermənistan paytaxtında xüsusi bina da ayrılıb. Hər nə qədər bu fəaliyyəti ölkənin baş nazirindən etirazlar gəlsə də. Çünki Paşinyan da  bilir ki, onun rəqibləri birinci növbədə onun özünü hakimiyyətdən uzaqlaşdırmaq üçün istifadə edəcəklər...

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR